BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə həmyerlisinin əmlakını yandıran şəxslə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmə təqsirləndirilən Pərviz Quliyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttiham aktına əsasən, hadisə 07 oktyabr 2024-cü il tarixdə, saat 04 radələrində Füzuli rayonu ərazisində baş verib.

 

Belə ki. Pərviz Quliyev həmin vaxt zərərçəkmiş Samir Həmidovun (adı, soyadı şərtidir) əvvəllər düzəltmiş olduğu evin giriş qapısının keyfiyyətsiz olmasını bəhanə edərək, onun yaşadığı evin yaxınlığına gəlib və sonuncuya məxsus tövlənin üzərinə yığılmış əmlakı qəsdən yandırıb. O, kibritdən istifadə etməklə ümumilikdə 6 300 manat dəyərində əmlakı –yandıraraq yararsız vəziyyətə salıb.

 

Hadisədən sonra Pərviz Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Füzuli Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib.

 

Kamal Məmmədov

Tarix: 30 Sentyabr 2025, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin