BURADA REKLAMINIZ OLA
BİLƏR

Traktorla üç yaşlı uşağı vuraraq öldürən yeniyetmə ilə bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində traktorla üç yaşlı oğlanı vuraraq öldürməkdə təqsirləndirilən 2008-ci il təvəllüdlü Məhəmməd Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 28 iyul 2024-cü il tarixdə, saat 11 radələrind Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verib.

 

Belə ki, həmin kənd sakini Məhəmməd Həsənov atasına məxsus traktoru hərəkətə gətirərkən qonşuları - 3 yaşlı Cahid Vahabov nəqliyyat vasitəsi ilə qoşqunun arasında qalıb. Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Cahid Vahabov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

 

Təqsirləndirilən şəxs uşağı xəstəxanaya apararkən yalan məlumat verərək, uşağın pilləkəndən yıxıldığını desə də, araşdırmalar zamanı azyaşlının traktorun altında qalaraq xəsarət aldığı məlum olub.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Məhəmməd Həsənov 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

Tarix: 30 Sentyabr 2025, 10:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin