BURADA REKLAMINIZ OLA
BİLƏR

Balıqla qatıq birlikdə yeyilərsə, zəhərləyirmi?

Uzun müddətdir danışılan “balıqla qatıq birlikdə yeyilərsə zəhərləyir” iddiasına dair elmi məlumatlara baxıldığında, bu fikrin əsassız olduğu ortaya çıxır.


Pravda.az bildirir ki, balıqla qatığın birlikdə qəbul edilməsinin zəhərlənməyə səbəb olduğu barədə elmi sübut yoxdur.


Bəzi iddialara görə, bu qidaların birləşməsi mədədə asidliyi artıraraq narahatlığa səbəb ola bilər.


Mütəxəssislərin fikrincə, balıq və fermentləşdirilmiş süd məhsulları (qatıq, pendir və s.) təzə olduqları təqdirdə birlikdə yeyilməsində problem yaranmaz.


Zəhərlənmə riski,daha çox balığın köhnə olması və qida saxlama şərtlərinin pozulması ilə əlaqədardır.


Qeyd: Balıqla qatığın birlikdə yeyilməməsi barədə inanc daha çox mifdən ibarətdir. Doğru qida seçimi və təzə məhsul istifadəsi ilə bu kombinasiyadan narahat olmağa ehtiyac yoxdur.


Əminə Bayramova 

Tarix: 30 Sentyabr 2025, 15:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin