BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi küçədə onunla barışmaq istəməyən sevgilisini döydü - HÖKM

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İqbal Əşrəfovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
 

İttiham aktına görə, hadisə 2025-ci il avqustun 24-də, saat 21 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Bolmart” marketin yaxınlığındakı boş ərazidə hadisə baş verib.


Belə ki, İqbal Əşrəfov əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu, lakin münasibətləri pozulmuş tanışı, zərərçəkmiş Laura Əsədovaya (adı, soyadı şərtdir) yaxınlaşaraq onunla yenidən barışmaq istədiyini bildirib. Lakin zərərçəkmiş bu təklifə etiraz edib və İqbala daha Mehdiabad qəsəbəsi ərazisinə gəlməməsini tələb edib. Bu da tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisəyə səbəb olub. Mübahisə zamanı təqsirləndirilən şəxs əsəbiləşərək Lauranın üzərinə hücum edib, ona əl və yumruq zərbələri vuraraq sifət və baş nahiyələrinə xəsarət yetirib.


Hadisədən sonra İqbal Əşrəfov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən məlum olur ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilib, O, tərəflər arasında barışığın əldə olunduğunu, İqbala qarşı hər hansı şikayət və ya tələbinin olmadığını qeyd edib.

 

Kamal Məmmədov 

Tarix: 1 Oktyabr 2025, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin