Azərbaycanda sosial rifahın artırılması və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində son illərdə mühüm addımlar atılıb, geniş layihələr həyata keçirilib. Dövlətin apardığı islahatlar nəticəsində rəsmi statistikaya görə, işsizlik səviyyəsi 5 faizə enib. Minimum əməkhaqqının artırılması, sosial proqramların genişləndirilməsi və sahibkarlığın dəstəklənməsi bu sahədə atılan əsas addımlar sırasındadır. Lakin bütün bu müsbət dinamika fonunda hələ də ictimaiyyətdə sosial rifahın real səviyyəsi, məşğulluq imkanlarının keyfiyyəti və sosial bərabərlik məsələləri ilə bağlı suallar yaranır, eyni zamanda regionlarla paytaxt arasında sosial imkanların bölgüsü, gənclərin əmək bazarına çıxışı və qeyri-formal məşğulluq kimi məsələlər gündəmə gətirilir.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib ki, Azərbaycan son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf edib.

Deputatın sözlərinə görə, son 15 ildə iqtisadiyyat, yəni ümumi daxili məhsul 3,2 dəfə artıb: “Hesab edirəm ki, bu, iqtisadiyyat tariximizdə bir rekorddur. Bundan daha vacib məqam budur ki, biz sosial məsələlərin həllində də yaxşı nəticələrə nail olmuşuq. Azərbaycanda işsizlik kəskin şəkildə aşağı düşüb və hazırda 5 faiz səviyyəsindədir. Yoxsulluq, təxminən, 50 faizdən 5,4 faizə enib. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Yəni bütün bu göstəricilər göstərir ki, makroiqtisadi vəziyyət müsbətdir. Dünyanın aparıcı beynəlxalq qurumları da Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. O cümlədən Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerə layiq görüb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Digər hesablamalara görə, məsələn, həmin Davos Forumunun infrastrukturun inkişafı ilə bağlı hesabatında Azərbaycan dünyada 26-cı yerdədir”.
İqtisad elmləri doktoru, professor, Milli Məclisin dörd çağırış deputatı Rüfət Quliyev isə deyib ki, bazar iqtisadiyyatının iki dəhşətli, nəhəng problemi var:

“Biri inflyasiya, digəri isə işsizlikdir. İnflyasiya ilə mübarizə aparanda işsizlik artır, yaxud əksinə. Bu, artıq aksiomadır. Təxminən, 400 ildir, bazar iqtisadiyyatı bütün dünyada bu qanunlarla inkişaf edir. İşsizliyin sıfıra yaxınlaşması istənilən formada bazar iqtisadiyyatına xas xüsusiyyət deyil. Əmək bazarını idarə edən qanunlar bunu deyir. İşsizlik 5%-dən aşağı, yəni 3-4% ola bilər, amma 0%-ə ensin, mən belə ölkə tanımıram. Statistika elə bir elmdir ki, istənilən formada rəqəmləri göstərmək olar. Beynəlxalq iqtisadiyyat nöqteyi-nəzərindən də işsizliyin sıfır faizə enməsi mümkün deyil. Ola bilər, süni şəkildə mümkündür. Məsələn, ərəb körfəz ölkələrində işsizlik, bəlkə də, sıfıra yaxınlaşır. Amma bu, istisna haldır. Həmin ölkələrdə yerli əhali ümumi əhaliyə nisbətdə götürəndə bu və ya digər formada işlə təmin olunur. Bruney adası dünyada ən varlı səltənətdir. Orada da işsizliyin sıfıra yaxınlaşması mümkündür. Azərbaycanda da dövlətin strateji və taktiki siyasəti işsizliyin azalmasından ibarətdir. Hansı metodlarla, hansı mexanizmlərlə, bu da bəllidir. Klasik mexanizmlər. Burada yeni bir şey yoxdur. Dövlət şərait yaradır. Bu, dövlətin həm borcudur, həm də öhdəliyidir ki, şərait yaratsın, insanlar işləsinlər. Əhali fikirləşirsə ki, dövlət gecə-gündüz hər yerdə dövlət müəssisələri açıb, sovet vaxtı kimi hamını işlə təmin edəcək, bu, mümkün deyil. Bazar iqtisadiyyatının qanunları işləyir. Ümumi daxili məhsulumuzun 80%-dən çoxu özəl sektorda formalaşır. Bu o deməkdir ki, biz bazar yolu ilə birmənalı inkişaf edirik. Bir neçə il bundan qabaq mikro sahibkarlıq haqqında qanun qəbul etdik. Dövlət bununla iqtisadiyyata təkan verir ki, işsiz insanların böyük bir qismi mikro sahibkarlıqla məşğul olsun. Bazar iqtisadiyyatı inkişaf edən ölkələrdə, təxminən, 6%-dən 10%-ə qədər insan bu və ya digər formada ya özləri sahibkarlıqla məşğul olurlar, ya da sahibkarlıq fəaliyyətində iştirak edirlər. Almaniyada işləyən insanların 99%-i kiçik və orta sahibkarlıqda aktiv iştirakçılardır. Fransada isə işsizliyin faizi kifayət qədər çoxdur. Normalda inkişaf etmiş, bazar iqtisadiyyatı olan ölkələrdə ən az, təxminən, 2%-dən 4%-ə qədər işsizlik var. Ən çox da bu, ABŞ-yə problem yaradır”.
R.Quliyev bildirib ki, Azərbaycanda kiçik və orta sahibkarların sayının artırılması prioritetdir: “Əhalinin böyük bir qismi bununla məşğul olsa, təbii ki, işsizlik sürətlə azalacaq. Bundan başqa dövlət işləməyə, yaxud tam işləməyə fiziki imkanı olmayanlara xüsusi yardımlar göstərir. Azərbaycan dövlətinin digər siyasəti özünüməşğulluq proqramıdır. İldən-ilə bu proqramın iştirakçılarının sayı artır. Bununla əlaqədar bir çox insanlar məlumatlıdır, fəal iştirak edirlər. Burada da müəyyən problemlər yaranır. İnsanlar çox vaxt dözmür, onlara verilən qeyri-maliyyə aktivlərini ehtiyac ucbatından, yaxud başqa məqsədlərlə bazara çıxarıb satırlar. Kiçik buynuzlu, böyük buynuzlu mal-qara, alətlər, maşın yumaq üçün xüsusi avadanlıqlar, bərbərlik - dövlət şərait yaradır, təmin edir, bir ildən sonra həmin iştirakçı onu özünə saxlayır, istifadə edərək ailəsini dolandırır”.
Sabiq deputat Azərbaycanda işsizlik faizi ilə bağlı statistikaya etiraz edənlərə belə cavab verib: “Təkcə Azərbaycanda yox, bütün ölkələrdə, müxalifətin o cümlədən səhv müxalifətin rolu, məqsədi budur ki, iqtidarı tənqid etsin. Gərək, tənqiddən başqa reallığı da desinlər, məsləhət versinlər. İstənilən peşəni yaxşı bilən insan özünə qazanc əldə edə bilir. Bunun üçün ali məktəb diplomuna ehtiyac yoxdur. Hökm deyil ki, zavod və fabriklərdə, aqroholdinqlərdə işləsinlər. Regionlarda insanlar daha çox kənd təsərrüfatı ilə məşğul olmalıdırlar. Öz məhsullarını qismən özləri üçün istifadə edib, böyük qismini bazara çıxarmalıdırlar. Bunun üçun “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun var. Demirəm ki, problemlər yoxdur. İstənilən ölkədə problemlər var. Bu problemlərlə aparıcı dövlətlər üz-üzə gəlirlərsə, həll etməyə cəhd göstərirlərsə, deməli, Azərbaycanda da müəyyən problemlər mövcuddur. Bu mövcudluq o demək deyil ki, problem çoxdur. Xeyr, sadəcə, dünya iqtisadiyyatında böyük dəyişikliklər var. Qloballaşma, inflyasiya... Kənd təsərrüfatı və qida məhsullarının qiyməti durmadan artır. Müharibələrin, hərbi konfliktlərin da buna böyük təsiri var. Bahalaşma bizə də təsir edir. Tələbələrə hər zaman tövsiyə edirəm ki, oxuyun, yaxşı mütəxəssis olun ki, əmək bazarında sizə qiymət verilsin. Peşə məktəblərindən yaxşı peşələr var. Bəzi peşələri bitirənlərin 95%-i işlə təmin olunurlar. Regionlarımızda yaxşı mexanikaçılara, otel mütəxəssislərinə, işini bilən adamlara ehtiyac var. İşini yaxşı, mükəmməl bilən adam heç vaxt işsiz qalmır. Bölgələrimizdə ən böyük problemlərdən biri aqronom, torpaqşünas çatışmazlığıdır. Savadlı aqronom kifayət qədər qazanc əldə edə bilər. Məsələn, aqronom Lənkəranda ən az ayda 2500-3500 manat aylıq təmiz gəlir əldə edə bilər. O qədər fermerlər, təsərrüfatçılar var ki, belə mütəxəssislərə ehtiyac duyurlar, amma tapa bilmirlər, əziyyət çəkirlər. Məcburdurlar ki, Bakıdan, ya da Türkiyədən gətirtsinlər. Türkiyədən gələn adam bir günün içində beş min dollara qədər pul qazanır...”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin