BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə mərc oyunları ilə bağlı yeni əməliyyat keçirilib, "Fənərbaxça" və "Qalatasaray"ın futbolçuları saxlanılıb - YENİLƏNDİ

Türkiyədə saxlanılanlar arasında “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş və “Qalatasaray”ın oyunçusu Metehan Baltacı da var.

 

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və ictimaiyyətə “Futbol mərc oyunları araşdırması” kimi tanınan işin ikinci hissəsi çərçivəsində “Qalatasaray”ın futbolçusu Metehan Baltacının öz klubunun oyunlarına mərc etdiyi aşkarlanıb.

 

Eyni zamanda, “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaşın başqası vasitəsilə qanuni mərc oyunlarında iştirak etdiyi məlum olub.

***

 

11:39

 

İstanbul Baş Prokurorluğu futbolda mərc oyunları ilə bağlı istintaq çərçivəsində yeni əməliyyatlara başlayıb.

 

Türkiyə Futbol Federasiyasının hakimlərin mərc oyunlarında iştirak etdiyini aşkarlamasından sonra başlayan istintaq çərçivəsində əməliyyatlar genişlənib.

 

Çoxsaylı klub idarəçisi və futbolçu barəsində saxlanılma qərarı çıxarılıb.

 

Qeyd edək ki, bir müddət əvvəl İstanbul şəhərinin Baş prokuroru Akın Gürlek Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı klub prezidentləri və hakimlərə qarşı əməliyyatın keçiriləcəyinin anonsunu vermişdi./APA

Tarix: 5 Dekabr 2025, 12:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin