BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyinin sabiq idarə rəisi yenidən məhkəmə qarşında

Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq idarə rəisi Məlikməmməd Qurbanov barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.


Qeyd: Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.


2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.


Bakı Hərbi Məhkəməsinin hökmü ilə Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Məlikməmməd Qurbanovun cəzası 2 il 6 ay çoxaldılıb. Məlikməmməd Qurbanovun üzərində qəti olaraq 6 il 6 ay cəza saxlanılıb.

Kamal Məmmədov 

Tarix: 2 Oktyabr 2025, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin