BURADA REKLAMINIZ OLA
BİLƏR

Mağazaya silahlı hücum edən şəxslə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Süleyman Ömərovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttiham aktına görə, hadisə 14 fevral 2024-cü il tarixdə, saat 19:30 radələrində Salyan rayonu ərazisində qeydə alınıb.


Belə ki, Süleyman Ömərov zərərçəkmiş M.M.-ə (adı, soyadı şərtidir) məxsus ərzaq mağazasına gəlib. O, üzərindən olan mətbəx bıçağını çıxarıb, heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsin üzərinə hücum çəkib və zor tətbiq ediləcəyi ilə hədələyərək onu və ailə üzvlərini dəfələrlə nalayiq ifadələrlə təhqir edib. Təqsirləndirilən şəxs 30-40 dəqiqə ərzində məqsədli olaraq münaqişə yaradıb. Daha sonra Süleyman qərəzli hərəkətlərini davam etdirərək M.M.-ə məxsus mağazada əşyaları zədələyib. Nəticədə 1 ədəd 170 manat dəyərində soyuducu şüşəsi və 80 manat dəyərində mağazanın giriş qapısının şüşəsi əli ilə vurulub sındırılıb, ümumilikdə 250 manat maddi ziyan dəyib.


Salyan Rayon Məhkəməsinin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilib və dərhal məhkəmə iclas zalında həbsə alınıb. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirmədən saxlanyıb.


Kamal Məmmədov

Tarix: 2 Oktyabr 2025, 08:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin