BURADA REKLAMINIZ OLA
BİLƏR

Həkimlərdən xəbərdarlıq: Saqqız çeynəyərkən diqqətli olun

Gündəlik həyatımızda çox istifadə olunan saqqızlarda mikroplastiklərin mövcud olduğu qeyd olunur.


Pravda.az bildirir ki, saqqız çeynəyərkən bu maddələr tüpürcək vasitəsilə qana qarışa və uzun müddətli təsirləri ciddi sağlamlıq problemlərinə yol aça bilər.


Mikroplastiklər bağırsaq xəstəlikləri ilə yanaşı, bəzi hallarda şiş riskini də artıra bilər. Xüsusilə uşaqların rəngli və müxtəlif qoxulu saqqızlara daha çox maraq göstərməsi onların sağlamlığı üçün əlavə təhlükə yaradır.
 

Mikroplastiklərin birbaşa xərçəngə səbəb olduğuna dair qəti elmi sübutlar olmasa da, risk faktorlarını görməzlikdən gəlmək düzgün deyil. Həkimlər insanların sağlamlığı qorumaq üçün saqqız istifadəsində diqqətli olmasını tövsiyə edib.


Əminə Bayramova 

Tarix: 2 Oktyabr 2025, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin