Reklam

Əlillik dərəcəsini bərpa etdirmək adı ilə dələduzluq edildi - MƏHKƏMƏ

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Pərvin Budaqzadənin (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttiham aktına görə, Pərvin Budaqzadə zərərçəkmiş H.M-yə (adı, soyadı şərtidir) onun əlillik dərəcəsini və buna bağlı müavinətin bərpa ediləcəyini yalandan vəd edib. Həmin vədlə inandırdığı zərərçəkmişdən müxtəlif vaxtlarda ümumilikdə 7 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.


Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətə azadlıqdan məhrum edilib, habelə təqsirləndirilən şəxsə 3 040 manat cərimə cəzası təyin edilib.

 

Kamal Məmmədov 

Tarix: 3 Oktyabr 2025, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin