BURADA REKLAMINIZ OLA
BİLƏR

Kafedə müştərinin burnunu sındıran şəxsə elektron qolbaq taxıldı

Qusar Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İbrahim Ramazanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.


İttiham aktına əsasən, təqsirləndirilən şəxs İbrahim Ramazanov bu il gecə saat təxminən 02 radələrində, Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “İskra” adlı kafeyə dostları ilə birlikdə gələrək, müştərilər üçün nəzərdə tutulmuş ümumi zalda əyləşib və pivə spirtli içkisi sifariş edib.


Bir müddət sonra orada olan şəxs ünvansız şəkildə nalayiq ifadələr səsləndirib. Bu səbəbdən onların yanına digər şəxs yaxınlaşaraq öz iradını bildirib. Hər iki şəxs spirtli içkinin təsiri altında digər masanın yanında söhbət edib. Daha sonra həmin şəxslərdən biri öz yerinə qayıdıb, digəri isə kafenin icarədarı ilə söhbət etməyə davam edib.


Bu zaman onların yanına zərərçəkmiş Malik Quliyev (adı, soyadı şərtdir) yaxınlaşıb və təqsirləndirilən şəxslə söhbət etməyə başlayıb. Söhbət zamanı İbrahim zərərçəkmiş şəxsi sol əli ilə itələyərək divanın üzərinə yıxıb. Malik oradan durmaq istədikdə isə sifət nahiyəsinə bir dəfə yumruqla zərbə endirib


Nəticədə zərərçəkmiş şəxs burnun şişkinliyi, qançırı və burnun üstünün sıyrığı ilə müşayiət olunan, burun sümüyünün yerdəyişən sınığı kimi xəsarət alıb.


Beləliklə, təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunur.

Kamal Məmmədov 

Tarix: 6 Oktyabr 2025, 09:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin