BURADA REKLAMINIZ OLA
BİLƏR

Restoranda yeyib-içdilər, sifariş pulunu ödəmək üstündə bıçağa əl atıldı - MƏHKƏMƏ

Masallı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zamin İmranlının (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.


İttiham aktına görə, hadisə 18 fevral 2025-ci il tarixdə, saat 18 radələrində Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən “Mənzərə” adlı restoranın qarşısından keçən avtomobil yolunun kənarında qeydə alınıb.


Belə ki, Zamin İmranlı zərərçəkmiş Cabir Əkbərzadə (adı, soyadı şərtidir) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisəyə səbəb həmin restoranda birgə etdikləri sifarişin ödənişi ilə bağlı yaranan fikir ayrılığı olub. Hadisə zamanı təqsirləndirilən şəxs əsəbiləşərək üzərində gəzdirdiyi bıçaqla zərərçəkmiş şəxsə hücum edib, onun sağ said nahiyəsinə qəsdən bir neçə zərbə vurub. Bununla yanaşı, o, yumruqla Cabirin sifət nahiyəsindən dəfələrlə vurub.


Nəticədə zərərçəkmiş şəxs sağ said nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəsarət alıb.

Kamal Məmmədov 

Tarix: 6 Oktyabr 2025, 09:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin