BURADA REKLAMINIZ OLA
BİLƏR

Xətai RİH Əhmədlidə sakinlərin zərərvericilərlə bağlı müraciətini nəzarətə götürdü, tədbir gördü

Xətai Rayon İcra Hakimiyyəti (RİH) Əhmədli qəsəbəsi, Lütfi Zadə küçəsində yaşayan sakinlərin “Ağ Amerika” kəpənəyinin yayılması, ətrafdakı ağaclara ziyan vurması, hətta evlərə dolması barədə müraciətini nəzarətə götürüb.

 

Pravda.az-ın xəbərinə görə, qurumun əməkdaşları əraziyə baxış keçirib, dəyərləndirmə aparılıb və əhatəli dezinfeksiya işləri həyata keçirilib.

 

Bununla da sakinlərin narahatlığına son qoyulub.

 

Onlar bu və digər müraciətlərə həssas yanaşaraq qısa zamanda  həll edən rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyevə və RİH əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər.

 

Nadir

Tarix: 6 Oktyabr 2025, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin