BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-dən pulla gələnlərin NƏZƏRİNƏ: “Gəlir vergisi ödəyə bilərlər”

“ABŞ-də uzun illər yaşayan Azərbaycan vətəndaşının yüksək məbləğdə pulu varsa, ABŞ-də bütün vergilərini ödəyibsə, təbii ki, həmin pulu Azərbaycana gətirməsində heç bir məhdudiyyət yoxdur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Əkrəm Həsənov: “Bir o qalıb ki, Akif Çovdarovdan üzr də istəyək…” Pravda.az

“Vətəndaş pulu bank hesabı vasitəsilə göndərə bilər. Lakin əgər sübut olunsa ki, bu pul şəxsin hansısa fəaliyyətindən əldə edilən gəlirdir, onda Azərbaycanda da gəlir vergisi ödəməli olacaq. Digər tərəfdən bunu sübut etmək, nəzarətdə saxlamaq Azərbaycan vergi orqanları üçün çox ağır və çətindir. Çünki şəxs deyə bilər ki, pulu çoxdan var idi, guya ABŞ-yə hissə-hissə aparıb, indi də qaytarır…” – o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 6 Oktyabr 2025, 12:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin