BURADA REKLAMINIZ OLA
BİLƏR

Daşkəsəndə 54 yaşlı kişini qətlə yetirən gəncə nə qədər cəza verildi?

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Elnur Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 16 avqust 2023-cü il tarixdə saat təxminən 10:40 radələrində yaşadığı Daşkəsən rayonu, Güneykənd kəndində qeydə alınıb.


Belə ki, 2005-ci il təvəllüdlü Elnur Quliyev evlərinin yaxınlığında atasına məxsus biçənək sahəsində ot biçdiyi zaman əvvəllər tanıdığı və onunla eyni kənddə yaşayan, zərərçəkmiş 1969-cu il təvəllüdlü Məmməd Əmrahovun otardığı iri buynuzlu heyvanları həmin torpaq sahəsinə saldığını görüb. O, zərərçəkmişə bu barədə iradını bildirib. Bu səbəbdən onların arasında mübahisə baş verib və Məmməd təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədib. Sonra Elnur yaşadığı evə gedərək, kustar üsulla hazırlanmış xəncəri götürüb, çayın sahilində olan dərənin aşağı hissəsinə gəlib Məmməd Əmrahova yaxınlaşıb. O, belində saxladığı xəncəri çıxardıb ona bir neçə zərbə endirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 

Tarix: 7 Oktyabr 2025, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin