BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə qısqanclıq zəminində bacısını öldürmək istəyən şəxslə bağlı qərar çıxardı

Şəki Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Adil Sayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Qeyd: Hadisə ötən ilin mart ayında Balakən rayonunda baş verib.


Belə ki, 1973-cü il təvəllüdlü Adil Sayılov qısqanclıq zəminində özündən 12 yaş böyük olan bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovanı bıçaqlayıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Həlimət Məmmədova xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.


Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adil Sayılovun cinayəti sübuta yetirilib və o, 7 il 10 ay müddətə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov 

Tarix: 7 Oktyabr 2025, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin