BURADA REKLAMINIZ OLA
BİLƏR

“Siyəzən Broyler”in satış məsləhətçisinin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elçin Həsənovun (soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, zərərçəkmişin apellyasiya şikayətinin geri götürülməsinə dair ərizəsi təmin edilib və apellyasiya şikayətinə dair hissədə şikayətin baxılmasına xitam verilib. Dövlət ittihamçısının apellyasiya protesti və ona edilmiş dəyişiklik qismən təmin olunub, Qaradağ Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Hökmlə təqsirləndirilən şəxs təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasının müddəti həm əsas, həm əlavə cəzaya münasibətdə endirilərək ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.


İttihama görə, Elçin Həsənov 2017-2020-ci illərdə toyuq məhsulları ilə məşğul olan “Siyəzən Broyler” ASC-nin satış məsləhətçisi vəzifəsində çalışıb. O, işlədiyi müddətdə şirkətin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xəcəhəsən şosesində yerləşən “Meyvəli” ticarət bazarında olan anbarından 460 272,88 manat dəyərində toyuq məhsullarını satış nümayəndəsi olaraq mağazalara vermək üçün götürüb. Sona təqsirləndirilən şəxs həmin pullardan ümumilikdə 33 509 manatı mənimsəyib.


İstintaq dövründə Elçin Həsənovun başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov 

Tarix: 7 Oktyabr 2025, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin