BURADA REKLAMINIZ OLA
BİLƏR

Aydın Mirzəzadə: “Kimsə Azərbaycan daxilinə hansısa digər ölkənin problemlər toplusunu yerləşdirməyə cəhd etməsin, xalqımız məsələləri həll edə bilir”

“Hər bir ölkənin daxilində baş verən hadisələr həmin ölkənin  inkişafından, xüsusiyyətlərindən, siyasi münasibətlər toplumundan asılıdır. Heç bir ölkənin daxili siyasi mənzərəsi digər ölkəyə oxşaya bilməz. Müqayisələr həmişə qüsurlu olur. Gürcüstanda baş verənlər də məhz Gürcüstanda baş verməli idi. Bu onların daxili  işidir. Gürcüstanın milli qüvvələrinin bu problemi həll edəcəyinə əminəm. Azərbaycanda bu gün siyasi sabitlik, iqtisadi inkişaf, milli birlik var. Seçkilər demokratik və rəqabət şəraitində keçir. Ölkəmizdə bu gün xalq-hakimiyyət birliyi mövcuddur. Milli məsələlər bir-birinin ardınca həll edilir. Bu baxımdan heç kim Azərbaycan daxilinə hansısa digər ölkənin problemlər toplusunu yerləşdirməyə cəhd etməsin".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

 

"Xalqımız özü öz problemlərini həll edə bilir. Qarşımızda böyük məqsədlər var. Təbii ki, bu məqsədlər həyata keçirilir, milli maraqlarımıza uyğundur, hər bir vətəndaşın təhlükəsiz və firavan yaşamasına xidmət edir", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 7 Oktyabr 2025, 11:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin