BURADA REKLAMINIZ OLA
BİLƏR

Pensiya 3 dəfə artıb

Ölkəmizdə orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə artıb, müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti isə 5 dəfədən çox yüksəlib.

 

Bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov QDİƏT PA Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında bildirib.

 

Ziyafət Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. O vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, təkbaşına öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad edərək tarixi ədaləti bərpa edib.

 

Vitse-spiker qeyd edib ki, hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bərpa quruculuq işləri, o cümlədən regional əməkdaşlığa xidmət edən infrastruktur layihələri, xüsusən də nəqliyyat layihələri həyata keçirilməkdədir. “Zəngəzur dəhlizi istiqamətdə mühüm işlər görülməkdədir”, - o vurğulayıb./Ölkə.az

Tarix: 7 Oktyabr 2025, 14:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin