Dənizkənarı Milli Park nüfuzlu “Green Flag Award” beynəlxalq mükafatına layiq görülüb.
Mükafat dünyanın ən mötəbər park idarəçiliyinin qiymətləndirilməsi sistemlərindən biri kimi, ictimai istirahət məkanlarında yüksək idarəetmə standartlarını, cəmiyyət üçün əlçatan, təhlükəsiz və baxımlı, ekoloji baxımdan dayanıqlı yaşıl ərazilərin saxlanması və inkişaf etdirilməsini qiymətləndirir.
Pravda.az xəbər verir ki, Dənizkənarı Milli Parkın “Green Flag Award”a namizədliyi bir neçə mərhələdən ibarət beynəlxalq qiymətləndirmə prosesi çərçivəsində həyata keçirilib. Parkın saxlanma və idarəetmə sistemi, ətraf mühit siyasəti, xidmət strukturu, yaşıllaşdırma və təmizlik standartları ilə bağlı əhatəli müraciət və sənədlər toplusu qiymətləndirilib. Məlumatlar mükafatın beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib və yekun mərhələdə sözügedən münsiflərin iştirakı ilə 30-a yaxın meyar üzrə bilavasitə Milli Park ərazisində ətraflı monitorinq və qiymətləndirmələr aparılıb.
Unikal tarixi, təbii-ekoloji və mədəni kompleks kimi Dənizkənarı Milli Parkın qiymətləndirilməsi prosesində onun estetik əhəmiyyəti, Bakı şəhərinin tarixini və müasir inkişafını əks etdirməklə, unikal şəhər mühiti yaratması, ictimai əhəmiyyəti, habelə saxlanması və idarə edilməsində dövlət tərəfindən tətbiq edilən unikal idarəetmə modeli xüsusi qeyd olunub.
Qeyd edək ki, Dənizkənarı Milli Park öz unikallığı, ekoloji və ictimai əhəmiyyəti, həmçinin saxlanması və qorunması sahəsindəki uğurlarına görə ötən il Niderlandda “International Large Urban Parks Award” (Beynəlxalq Böyük Şəhər Parkları Mükafatı) mükafatına da layiq görülüb.
“Green Flag Award” proqramı 1996-cı ildə təsis edilmiş və hazırda 20-dən artıq ölkədə tətbiq olunan beynəlxalq ekoloji qiymətləndirmə sistemidir. Mükafat yalnız yaşıllıqların qorunması, təmizlik və təhlükəsizlik, infrastrukturun vəziyyəti, idarəetmə səmərəliliyi, təbiətə qayğı, ictimai iştirak və inklüzivlik kimi çoxsaylı meyarlar üzrə yüksək göstəricilər əldə edən park və istirahət məkanlarına təqdim olunur.
12 Noyabr 21:47
12 Noyabr 21:42
12 Noyabr 21:39
12 Noyabr 21:33
12 Noyabr 21:31
12 Noyabr 20:24
12 Noyabr 20:20
12 Noyabr 19:05
12 Noyabr 19:02
12 Noyabr 18:19
12 Noyabr 18:09
12 Noyabr 18:03
12 Noyabr 17:58
12 Noyabr 17:49
12 Noyabr 17:48
12 Noyabr 17:45
12 Noyabr 17:37
12 Noyabr 17:34
12 Noyabr 17:24
12 Noyabr 17:12
12 Noyabr 17:07
12 Noyabr 17:04
12 Noyabr 17:01
12 Noyabr 16:50
12 Noyabr 16:48
12 Noyabr 16:47
12 Noyabr 16:43
12 Noyabr 16:14
12 Noyabr 16:04
12 Noyabr 16:01
12 Noyabr 15:43
12 Noyabr 15:32
12 Noyabr 15:26
12 Noyabr 15:23
12 Noyabr 15:22
12 Noyabr 15:18
12 Noyabr 15:17
12 Noyabr 15:15
12 Noyabr 15:13
12 Noyabr 15:09
12 Noyabr 15:08
12 Noyabr 15:07
12 Noyabr 14:54
12 Noyabr 14:52
12 Noyabr 14:45
12 Noyabr 14:38
12 Noyabr 14:37
12 Noyabr 14:25
12 Noyabr 14:04
12 Noyabr 13:50
12 Noyabr 13:47
12 Noyabr 13:46
12 Noyabr 13:45
12 Noyabr 13:43
12 Noyabr 13:41
12 Noyabr 13:40
12 Noyabr 13:38
12 Noyabr 13:36
12 Noyabr 13:33
12 Noyabr 13:32
12 Noyabr 13:30
12 Noyabr 13:21
12 Noyabr 13:19
12 Noyabr 13:15
12 Noyabr 13:14
12 Noyabr 13:13
12 Noyabr 13:09
12 Noyabr 13:00
12 Noyabr 12:58
12 Noyabr 12:55
12 Noyabr 12:51
12 Noyabr 12:34
12 Noyabr 12:23
12 Noyabr 12:02
12 Noyabr 11:56
12 Noyabr 11:55
12 Noyabr 11:32
12 Noyabr 11:16
12 Noyabr 10:25
12 Noyabr 10:20
12 Noyabr 10:17
12 Noyabr 10:12
12 Noyabr 10:10
12 Noyabr 10:08
12 Noyabr 10:06
12 Noyabr 10:01
12 Noyabr 09:57
12 Noyabr 09:51
12 Noyabr 09:33
12 Noyabr 09:28
12 Noyabr 09:25
12 Noyabr 09:23
12 Noyabr 09:19
12 Noyabr 09:17
12 Noyabr 09:02
12 Noyabr 08:59
12 Noyabr 08:57
12 Noyabr 08:55
12 Noyabr 08:53
12 Noyabr 08:49
12 Noyabr 08:44
12 Noyabr 08:42
12 Noyabr 08:20
12 Noyabr 08:10
12 Noyabr 08:10
12 Noyabr 08:07
12 Noyabr 08:04
12 Noyabr 08:03
12 Noyabr 08:01
12 Noyabr 08:00
12 Noyabr 07:56
11 Noyabr 23:04
11 Noyabr 22:24
11 Noyabr 21:57
11 Noyabr 21:53
11 Noyabr 21:51
11 Noyabr 21:44
11 Noyabr 21:38
11 Noyabr 20:30
11 Noyabr 19:40
11 Noyabr 19:38
11 Noyabr 19:34
11 Noyabr 19:32
11 Noyabr 18:41
11 Noyabr 18:37
11 Noyabr 18:35
11 Noyabr 18:32
11 Noyabr 18:30
11 Noyabr 18:01
11 Noyabr 17:28
11 Noyabr 17:26
11 Noyabr 17:21
11 Noyabr 17:18
11 Noyabr 17:05
11 Noyabr 17:01
11 Noyabr 16:31
11 Noyabr 16:28
11 Noyabr 16:24
11 Noyabr 15:40
11 Noyabr 15:26
11 Noyabr 15:17
11 Noyabr 15:01
11 Noyabr 13:22
11 Noyabr 12:41
11 Noyabr 12:36
11 Noyabr 12:24
11 Noyabr 12:21
11 Noyabr 12:19
11 Noyabr 12:12
11 Noyabr 12:10
Ən son xəbərləri səhifəmizdən də izləyin