BURADA REKLAMINIZ OLA
BİLƏR

Orxan İbadov: “Ali təhsil müəssisələri kimi “Sədərək”, “Abşeron” ticarət mərkəzlərini, “Dərnəgül” bazarını seçə bilərsiniz”

Azərbaycanlı yaddaş mütəxəssisi və təlimçi Orxan İbadov təhsil və təcrübə ilə bağlı tövsiyələrini verib

 

Pravda.az-ın xəbərinə görə, o, daha çox təcrübə qazanmağın tərəfdarıdır.

 

O.İbadovun fikirlərini təqdim edirik:

 

“Övladınızı 2025-ci ilin həyatına hazırlayan Ali TƏHSİL müəssisələri:

 

“Sədərək” ticarət mərkəzi;

 

“Abşeron” ticarət mərkəzi;

 

“Dərnəgül” bazarı;

 

Yaşadığınız ərazidə tanış çevrə, ərazini tanımaq üçün davamlı gəzinti;

 

Bakı-Dubay səfərləri;

 

Bakı-Çin səfərləri;

 

Maşın ölüxanaları (mühəndislər üçün);

 

Mentor, kouç, peşəkar yanında təcrübə;

 

▪️Satış kursları və küçədə satış təcrübəsi;

 

▪️Frilanser saytlarında (Upwork) təcrübə;

 

▪️Onlayn fərdi layihələr (YouTube və s.);

 

▪️Startuplarda iştirak (bacarığınız olsa, diplom lazım deyil);

 

▪️Coursera, Udemy, MasterClass (konkret bacarıqlarçün);

 

▪️İngilis dili kursları;

 

▪️Rəqəmsal marketinq (SMM, ödənişli reklam) kursları;

 

▪️E-ticarət kursları və praktiki təcrübə;

 

▪️Kripto saytları və layihələrində təcrübə;

 

▪️Süni zəka alətlərində proaktiv təcrübə.

 

Övladınızı 1975-ci ilin həyatına hazırlayan Ali KÜTLƏŞDİRMƏ müəssisələri:

 

▪️Azərbaycan Respublikası ərazisindəki bütün universitetlər;

 

▪️Milli Kserokopiya, Tərcümə və Çap Mərkəzi (rəsmi adı "Milli Elmlər Akademiyası")

 

▪️Magistratura pilləsi;

 

▪️Aspirantura pilləsi;

 

▪️Doktorantura pilləsi;

 

▪️İmtahan hazırlıq mərkəzləri, repetitorlar.

 

Seçim həmişə sizindir.

 

Hətta məcburən tələbəsinizsə, gün ərzində vaxt edib yuxarıda qeyd etdiyim ali təhsil fəaliyyətlərinin hansısa biri ilə məşğul ola bilərsiniz”.

Tarix: 8 Oktyabr 2025, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin