BURADA REKLAMINIZ OLA
BİLƏR

"Həyatımda hər şey mükəmməldir"

"Həyatımın sonsuzluğunda, olduğum nöqtədə hər şey mükəmməldir, bütün və tamdır".

 

Bu sözləri müğənni Günel Zeynalova sosial şəbəkədə yazıb.

 

Günel paylaşımında pozitiv düşüncələrini və həyat fəlsəfəsini bölüşüb. O, sosial şəbəkədə paylaşdığı yeni fotolarla yanaşı, daxili rahatlıq və minnətdarlıq dolu bir yazı da əlavə edib.

 

Sənətçi bildirib ki, o, bu gün öz həyatında harmoniya hiss edir, gördüyü hər bir gözəlliyi, ailəsini, savadını, zehnini, səsini və kainatın mükəmməl işləmə sistemini dəyərləndirir:

 

"Dünyamda hər şey yaxşı və gözəldir. Gördüyüm gözəlliklərə, ailəmə, savadıma, zehnimə, səsimə, evrənin işləmə formasına, ruhumdakı səsə şükürlər olsun".

 

İzləyiciləri ifaçının bu paylaşımını rəğbətlə qarşılayıblar. Bir çoxları onun pozitiv enerjisini və həyat sevgisini tərifləyib, bəziləri isə müğənninin paylaşdığı fotoların zərif və təbii tərzini xüsusilə bəyənib.

Tarix: 8 Oktyabr 2025, 17:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin