BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə saxlanılan məşhurlarla bağlı qərar verildi - VİDEO

İstanbulda aparılan narkotik istintaqı çərçivəsində, aralarında tanınmış sənətçilərin də olduğu 19 məşhur şəxs saxlanılaraq ifadə verməyə aparılıb, daha sonra isə azadlığa buraxılıb. Onlara qarşı "narkotik vasitələrdən istifadə" ittihamı ilə araşdırma aparılır.

 

İlkin ifadələri alınan şəxslər daha sonra Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna göndərilib. Onlardan qan analizi, sidik və saç nümunələri götürülüb.

 

İfadə və tibbi analizlərdən sonra saxlanılan 19 məşhurun hamısı azadlığa buraxılıb. Hazırda istintaq prosesi davam edir.

 

Milli.az

 

Tarix: 8 Oktyabr 2025, 22:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin