BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir rəisi işdən çıxardı

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi vəzifəsindən azad edilib. Qayanarinfo-nun əldə etdiyi məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin imzaladığı əmrə əsasən, Pərvin Vaqif oğlu Kazımov Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırılıb.

 

Onu sözügedən idarədə rəis müavini işləyən Xəlil İbrahimov əvəz edib.

 

Qeyd edək ki, Pərvin Kazımov ötən ilin dekabr ayında Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Xidmətinin Gəncə Regional İdarəsinə rəis təyin edilmişdi.

Tarix: 9 Oktyabr 2025, 19:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin