BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağ Ev Qəzzada vəziyyətə kimin nəzarət edəcəyinə aydınlıq gətirdi

Artıq Yaxın Şərqdə yerləşdirilən ABŞ qoşunları beynəlxalq missiya çərçivəsində Qəzza zolağında atəşkəs razılaşmalarına əməl olunmasına nəzarət edəcək.

 

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

 

O, ABŞ-ın Yaxın Şərqə 200 əsgər göndərəcəyi ilə bağlı mediada yayılan xəbərlərin qeyri-dəqiq və kontekstdən kənar olduğunu bildirib.

 

"Aydın olmaq üçün deyim ki, CENTCOM-da (ABŞ Mərkəzi Komandanlığı) artıq yerləşdirilmiş 200-ə qədər amerikalı hərbçiyə İsraildə sülh sazişlərinə əməl olunmasına nəzarət etmək tapşırılacaq. Onlar orada yerləşən digər beynəlxalq qüvvələrlə əməkdaşlıq edəcəklər", - Livitt bildirib.

 

APA

Tarix: 10 Oktyabr 2025, 07:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin