BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məcbur edən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Danyela Dəmirovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.


İttiham aktına görə, Danyela Dəmirova tamah niyyəti ilə qadınları aldadaraq, onların zəiflik vəziyyətindən, eləcə də zor tətbiqetmə hədəsi və hədə-qorxu vasitələrindən istifadə etməklə cinsi istismar məqsədilə Azərbaycanın dövlət sərhədindən keçirib, insan alveri və insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini təkrarən törədib.


Belə ki, o, 2024-cü ilin yanvar ayında tanışı olan zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) aldadaraq Türkiyənin Çanakkale şəhərində işlə təmin edəcəyini vəd edib. O, bu yolla zərərçəkmişi cinsi istismar məqsədilə dövlət sərhədindən keçirib, Çanakkale şəhərində kirayə mənzilə yerləşdirdikdən sonra zor tətbiq etmək hədəsi və hədə-qorxu vasitəsilə kişi müştərilərlə pul müqabilində görüşməyə məcbur edib.


Bundan başqa, təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayında eyni üsulla digər tanışı – zərərçəkmiş M.M.-i (adı, soyadı şərtidir) aldadaraq Türkiyənin Yalova şəhərində işlə təmin edəcəyini vəd edib, onu da cinsi istismar məqsədilə Azərbaycanın dövlət sərhədindən keçirib. Sonra Danyela zərərçəkmişi Türkiyədə yerləşdirdiyi mənzildə və müxtəlif otellərdə zor və hədə-qorxu tətbiqi ilə kişi müştərilərlə pul müqabilində görüşməyə məcbur edib.


Hadisədən sonra Danyela Dəmirova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov 

Tarix: 10 Oktyabr 2025, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin