BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşınla qadını vuraraq öldürən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Namaz Səfərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 27 may 2025-ci il tarixdə, saat 17:30 radələrində paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən məhəllələr arası adsız küçədə qeydə alınıb.


Belə ki, Namaz Səfərov nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi çirkab suların yığılmasında nəzərdə tutulmuş “QAZ-5327 X23” markalı avtomobili ilə hərəkətdə olub. O, maşınla yolun sağ döngəsinə döndüyü zaman yolun sağ tərəfində hasarın tinində dayanmış avtomobilin arxa sağ təkərin üzərində quraşdırılmış dəmir qoruyucunun üst hissəsi ilə zərərçəkmiş G.Məmmədovanı vurub. Hadisə nəticəsində yaralı ölüb.

 

Kamal Məmmədov 

Tarix: 10 Oktyabr 2025, 09:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin