BURADA REKLAMINIZ OLA
BİLƏR

Ölkə başçılarının sayıq yanaşması yoldakı nahamarlıqları düzləşdirə bildi - RƏY

“Azərbaycanla Rusiya arasında münasibətlərdə uzun müddət idi ki, soyuqluq və qeyri-müəyyənlik hökm sürürdü. Sadəcə, iki dövlət, cəmiyyət deyil, regional aktorlar qədər qlobal aktorlar da bunun hara qədər gedəcəyini sual edir, siyasi meydanlarda müxtəlif proqnozlar verilir, nə zaman düzələcəyi isə siyasi kluarların əsas müzakirə mövzularından biri idi. Siyasətdə sayıq yanaşma sərgiləməyi bacaranlar haqlı olaraq münasibətlərin müsbət həll variantına alternativ görmürdülər. Bu müddət ərzində iqtisadi layihələr davam edirdi, hökumət səviyyəsində dialoqun da şahidi idik, lakin mədəni məsələlər üzərindən tərəflərin bir-birinə kompromisə getmədiyi də aydın görünürdü. Etiraf etmək lazımdır ki, məhz mədəni amil məsələsi ən həssas olduğu üçün, heysiyyat məsələsi olduğu üçün mənfi ab-havanın davam etdirilməsində Rusiya mediasında kök salan Simonyan, Solovyov, Zatulin və başqa belə ermənipərəstlər çirkin ritorika üzərindən çıxış edirdilər. Yəni, proseslərin mənfi qalmasında, dağıdıcı nəticələnməsində xarici qədər, daxili qüvvələr də kifayət qədər idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında Düşənbədə keçirilən görüş bu qüvvələrin ümidlə gözlədiyi pozulma əvəzinə, münasibətlərin yenidən qurulub, yeni səviyyəyə qalxdığını göstərdi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloq vurğulayıb ki, ölkə başçılarının sayıq yanaşması yoldakı nahamarlıqları düzləşdirə bilib: “Görüş münasibətləri yenidən müsbət məcraya istiqamətləndirməyə imkan verdi. Mütləq bir məsələni vurğulayaq ki, Rusiyanın yüksək çinli məmurları məsələlərdə son dərəcə təmkin göstərməyə çalışır, normal fazaya dönməsində istəkli görünürdülər. Çünki Azərbaycan ən yüksək səviyyədə haqlı mövqeyini də, ağırlığını da ortaya qoymağı bacarmışdı. Lakin daha aşağı kəslər, mediada münasibətlərin mənfi qalmasında maraqlı olanlar prosesləri daha da qızışdırırdılar. Bundan öncə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ad günü münasibətilə cənab Prezident İlham Əliyevin telefon zəngi Rusiyada olduqca müsbət qarşılanmışdı. Düşənbə görüşünə də eyni yanaşmanın şahidiyik. Təyyarə qəzası Azərbaycan cəmiyyətini dərindən sarsdı. Haqlı olaraq camaat üzr gözləyirdi. Ortada insident var idisə, məsuliyyət də yaranmışdı ki, Rusiya dərhal bunu üzərinə götürməli idi. Əlbəttə ki, kompensasiya, günahkarların cəzalandırılması da öz yerində. Düşənbə görüşündə Putinin istifadə etdiyi ritorika hər şeyi aydın ortaya qoydu ki, istintaq yekunlaşmaq üzrədir, kompensasiya da veriləcək. Bu amillər üzərinə Putin dəfələrlə geri döndü. Deməli, Azərbaycan Liderinə də, xalqına da hörmət var. Putin bildirdi ki, üzrü əvvəl də istəyib, hətta həyatını itirənlərin ailələrinə başsağlığı da verib. Rusiya Liderinin açıqlamaları məsələləri aydınlığa çıxardı. Azərbaycanın şərtləri mahiyyət etibarilə artıq qəbul olunub. Münasibətlərin mənfi istiqamətdə inkişafı tərəflərə qəti lazım deyil, müsbət inkişaf isə hər iki tərəfə zəruridir”.

 

Aytəkin Qardaşova

Tarix: 10 Oktyabr 2025, 10:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin