BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəhvənin orqanizmə təsiri: düşündüyünüzdən daha faydalıdır

Gün ərzində 2–3 fincan qəhvə içmək bir çox xəstəliyin qarşısını almağa kömək edir.


Pravda.az bildirir ki, müntəzəm qəhvə qəbulu depressiya riskini 15–20 faiz azaldır, beyin funksiyalarını qoruyur və Alzheimer xəstəliyinə tutulma ehtimalını aşağı salır.


Kişilərdə qəhvə istehlakı prostat xərçəngi riskini 60 faizə qədər azalda bilər. Eyni zamanda, bu içki tip 2 diabet və Parkinson xəstəliyinin qarşısını almaqda da faydalı hesab olunur.


Qəhvə immun sistemini gücləndirir, yaddaşı və diqqət toplama qabiliyyətini artırır, həzm sisteminə müsbət təsir göstərərək qəbizliyin qarşısını alır.


Bununla belə, mütəxəssislər xəbərdarlıq edir ki, qəhvənin həddindən artıq istehlakı mədə pozğunluqları, təzyiq artımı və ürək problemlərinə səbəb ola bilər.


Əminə Bayramova 

Tarix: 10 Oktyabr 2025, 12:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin