BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda rabitə quyusunda təhlükəli vəziyyət aradan qaldırıldı - FOTO

Bakının Yasamal rayonunda Əhməd Cəmil küçəsinə, Hüseyn Cavid və Mətbuat prospektlərinə paralel olan Zahid Xəlilov küçəsində çökmə təhlükəsi altında olan rabitə quyusu nəzarətə götürülüb.

 

Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq “Aztelekom” MMC-dən bildirilib.

 

Açıqlamada qeyd edilib ki, məlumat daxil olan kimi “Aztelekom” MMC tərəfindən müvafiq texniki qrup əraziyə cəlb olunub, vəziyyət yerində qiymətləndirilib və təhlükəsizlik məqsədilə zəruri tədbirlər görülüb. 9 oktyabr 2025-ci il tarixində günün birinci yarısında təmir-bərpa işləri tam şəkildə başa çatdırılıb”.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 10 Oktyabr 2025, 17:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin