BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü

Bakıda özəl klinikada ölüm hadisəsi baş verib.

 

Pravda.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında "Premium Clinic"də qeydə alınıb.

 

Belə ki, 1986-cı il təvəllüdlü Çimnaz Sahib qızı Bəşirova oktyabrın 7-də sözügedən klinikada əməliyyat olunub. Ötən gün isə klinikadan evə buraxılmalı olan qadının halı qəfil pisləşib və orada dünyasını dəyişib.

 

Qadının ailəli olduğu bildirilir.

Tarix: 11 Oktyabr 2025, 11:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin