BURADA REKLAMINIZ OLA
BİLƏR

Ömrümüzdən 36 dəqiqə "oğurlayan" qida: Siyahıda görün hansı məhsullar var

Gündəlik istehlak edilən bəzi qidaların ömrümüzü qısaltdığı məlum olub.


Miçiqan Universiteti tərəfindən aparılan tədqiqatda 5800-dən çox qida və içki təhlil edilib.


Araşdırmaya görə, “fast food” yeməkləri ömrümüzdən 36 dəqiqə, qazlı içkilər isə 12 dəqiqəni “oğurlayır”. Bir ovuc qoz-fındıq yemək isə ömrümüzə 25 dəqiqə əlavə edir.
 

Tədqiqatçılar sağlam və uzun həyat üçün tərəvəz, meyvə, ekoloji cəhətdən təmiz dəniz məhsulları istehlakını tövsiyə edir.


Tədqiqat “Nature Food” jurnalında dərc olunub./Publika.az

Tarix: 11 Oktyabr 2025, 22:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin