“Azərbaycanda davamlı olaraq amnistiya aktlarının qəbul edilməsi, əfv sərəncamlarının imzalanması prosesi olub. Xüsusilə, əlamətdar günlər ərəfəsində əfv sərəncamlarının imzalanmasını müşahidə etmişik. Bu dəfə də 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olması nəzərə alınaraq növbəti əfv sərəncamınının imzalanmasının mümkünlüyü ilə bağlı məsələ ictimaiyyətdə müzakirə mövzusudur. Təbii ki, bu, Azərbaycan Prezidentinin müstəsna hüququdur. Buna görə də ilin sonuna qədər əfv sərəncamının imzalanıb-imzalanmaması ilə bağlı konkret nəsə demək mümkün deyil, amma ehtimallar var”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.
“Dəfələrlə Azərbaycan Prezidentinin əfv sərəncamı imzalamaqla həbsdə olan şəxslərin azadlığa buraxılmasına, onların cəzalarının yüngülləşdirilməsinə şahidlik etmişik. Bu dəfə də ən azından ilin sonunadək əfv sərəncamı imzalansı istisna edilmir. Təbii ki, Əfv Komissiyası da mütəmadi olaraq fəaliyyət göstərir. Yüzlərlə müraciətlər daxil olur və Komissiya edilən müraciətləri dəyərləndirir, Azərbaycan Prezidentinə təkliflərlə çıxış edir. Sərəncam imzalansa, növbəti dəfə onlarla, yüzlərlə ailənin sevincinə səbəb olacaq”, - deputat bildirib.
A.Əlizadə qaçaqmalçılıqda ittiham edilən jurnalistlərin və siyasətçilərin aministiyaya düşmə ehtimalını isə belə dəyərləndirib: “Vaxtilə hansısa cinayət əməli törətmiş, səhv addımlar atmış şəxslərin cəzadan azad edilmələri, yaxud cəzalarının yüngülləşdirilməsi həmin şəxslərin normal həyata qayıtmaq imkanı əldə etmələrini mümkün edir. Bu baxımdan əfv sərəncamı təqdir ediləndir, yaxşı ənənədir. Hansı ixtisas sahibi olmasından, yaxud hansı fəaliyyət növü ilə məşğul olmasından asılı olmayaraq həbsdə olan şəxslərin hər biri Cinayət Məcəlləsinin müvafiq maddələri ilə mühakimə olunublar. Burada diferensasiya aparmaq da mümkün deyil. İstənilən halda ümid edək ki, xüsusilə ictimai fəalların cəmiyyətə faydalılıq dərəcəsi, həm də ictimai fikir nəzərə alınmaqla əfv üçün onlar barədə Komissiyaya müraciət olunacaqsa, bu müraciətlər dəyərləndiriləcək. Hər kəsin azadlığa qovuşması arzuolunandır. Təəssüf ki, müxtəlif cinayət əməllərində günahlandırılan şəxslər zaman-zaman olur. İstəyimiz budur ki, əfv sərəncamı daha çox məhbusu əhatə etsin, daha çox insanın sevincinə səbəb olsun”.
Aytəkin Qardaşova
11 Mart 22:35
11 Mart 22:32
11 Mart 22:30
11 Mart 21:37
11 Mart 21:18
11 Mart 20:57
11 Mart 20:42
11 Mart 20:18
11 Mart 20:15
11 Mart 19:24
11 Mart 19:06
11 Mart 18:50
11 Mart 18:38
11 Mart 18:19
11 Mart 18:17
11 Mart 18:16
11 Mart 17:50
11 Mart 17:38
11 Mart 17:25
11 Mart 17:24
11 Mart 17:13
11 Mart 17:12
11 Mart 17:08
11 Mart 17:08
11 Mart 17:05
11 Mart 16:53
11 Mart 16:30
11 Mart 16:27
11 Mart 16:21
11 Mart 16:12
11 Mart 16:10
11 Mart 16:02
11 Mart 15:59
11 Mart 15:45
11 Mart 15:43
11 Mart 15:41
11 Mart 15:32
11 Mart 15:30
11 Mart 14:58
11 Mart 14:48
11 Mart 14:40
11 Mart 14:35
11 Mart 13:56
11 Mart 13:37
11 Mart 13:29
11 Mart 13:10
11 Mart 13:05
11 Mart 12:53
11 Mart 12:38
11 Mart 12:20
11 Mart 12:15
11 Mart 11:55
11 Mart 11:51
11 Mart 11:39
11 Mart 11:35
11 Mart 11:19
11 Mart 11:18
11 Mart 11:09
11 Mart 11:03
11 Mart 11:01
11 Mart 10:45
11 Mart 10:22
11 Mart 10:06
11 Mart 10:03
11 Mart 10:02
11 Mart 09:48
11 Mart 09:46
11 Mart 09:45
11 Mart 09:43
11 Mart 09:42
11 Mart 09:35
11 Mart 09:09
11 Mart 08:53
11 Mart 01:32
11 Mart 00:39
10 Mart 22:18
10 Mart 21:23
10 Mart 19:24
10 Mart 19:22
10 Mart 19:20
10 Mart 19:00
10 Mart 18:52
10 Mart 18:48
10 Mart 18:45
10 Mart 18:39
10 Mart 18:36
10 Mart 18:04
10 Mart 17:59
10 Mart 17:47
10 Mart 17:31
10 Mart 16:59
10 Mart 16:57
10 Mart 16:55
10 Mart 16:50
10 Mart 16:43
10 Mart 16:32
10 Mart 16:26
10 Mart 16:23
10 Mart 16:06
10 Mart 16:01
10 Mart 15:57
10 Mart 15:56
10 Mart 15:09
10 Mart 14:45
10 Mart 14:38
10 Mart 14:27
10 Mart 14:21
10 Mart 14:10
10 Mart 14:05
10 Mart 13:49
10 Mart 13:09
10 Mart 13:06
10 Mart 12:51
10 Mart 12:48
10 Mart 12:43
10 Mart 12:38
10 Mart 12:33
10 Mart 12:32
10 Mart 12:31
10 Mart 12:28
10 Mart 12:27
10 Mart 12:24
10 Mart 12:05
10 Mart 12:04
10 Mart 12:02
10 Mart 11:52
10 Mart 11:45
10 Mart 11:43
10 Mart 11:42
10 Mart 11:39
10 Mart 11:17
10 Mart 11:15
10 Mart 10:52
10 Mart 10:37
10 Mart 10:34
10 Mart 10:30
10 Mart 10:27
10 Mart 10:09
10 Mart 09:28
10 Mart 09:24
10 Mart 09:22
10 Mart 09:16
10 Mart 09:04
10 Mart 08:40
10 Mart 08:36
10 Mart 08:32
10 Mart 08:29
10 Mart 08:28
10 Mart 08:21
10 Mart 08:17
Ən son xəbərləri səhifəmizdən də izləyin