BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu ərazilərin Həkəri çayının daşqın sularından mühafizəsi üçün layihə-smeta sənədlərinin hazırlanmasına 950 min xərclənəcək

 

Qubadlı rayonu, Zilanlı, Mahruzlu və Xanlıq kənd yaşayış məntəqələrinin ərazilərinin Həkəri çayının daşqın sularından mühafizəsi üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətinə 949 900 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, xidmət "Proyapı Mühendislik ve Müşavirlik Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı filialı tərəfindən göstəriləcək.

 

“Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs və şirkət arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir Həsənov

Tarix: 13 Oktyabr 2025, 16:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin