BURADA REKLAMINIZ OLA
BİLƏR

Mədəniyyət Nazirliyi Ənvər Həsənovun ailəsinin şikayətinə aydınlıq gətirə bilmədi - Bu, səlahiyyət dairəmizə daxil deyil

Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun ailəsinin şikayətlərinə aydınlıq gətirib.

 

Nazirilikdən bilidirib ki, qurumum fəaliyyəti “Mədəniyyət haqqında” Qanun və digər müvafiq normativ-hüquqi aktlarla müəyyən olunur.

 

“Qəbirüstü abidələrin hazırlanması və quraşdırılması məsələləri Mədəniyyət Nazirliyinin səlahiyyət dairəsinə daxil deyil və bu istiqamətdə qərarlar, adətən, ailə üzvlərinin təşəbbüsü ilə həyata keçirilir. Bununla belə, Nazirlik Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və digər müvafiq qurumlarla birgə mümkün dəstək imkanlarının tapılması istiqamətində də çalışır”, - cavabda bildirilib.

 

Qeyd edilib ki, Xalq artisti Ənvər Həsənovun səhhətinin ağır olduğu dövrdə Nazirlik onun vəziyyətini daim diqqətdə saxlayıb, müalicə prosesinə mümkün dəstəyi göstərib: “Sənətkarın vəfatından sonra da nazirlik onun xatirəsinin yad edilməsi tədbirlərinə, həmçinin ailəsinə mənəvi və təşkilati dəstəyini nümayiş etdirib.

 

Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun zəngin yaradıcılıq irsini yüksək qiymətləndirir, onun Azərbaycan mədəniyyətində dərin iz qoyan fəaliyyətini böyük ehtiramla xatırlayır və sənətkarın xatirəsinin yaşadılmasına yönəlmiş təşəbbüsləri səlahiyyətləri çərçivəsində gələcəkdə də dəstəkləməyə hazırdır”.

 

APA

Tarix: 13 Oktyabr 2025, 16:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin