BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəzifəli şəxsin oğlu hoteldə öldü

Mingəçevirdə yerləşən hotellərin birində ölüm hadisəsi baş verib. Pravda.az qafqazinfo.az-a istinadən xəbər verir ki, şəhər sakini Coşqun Rəhimov Mingəçevir Avtovağzalının ərazisində yerləşən hoteldə qəfil vəfat edib.

 

Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.

 

Məlumata görə, Coşqunun atası Tofiq Rəhimov Mingəçevir Avtovağzalının direktorudur. Coşqun da orada çalışırmış və hadisə o, iş başında olarkən baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 13 Oktyabr 2025, 16:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin