BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi xidmətdən yeni gələn gənci maşınla vuraraq öldürən şəxs məhkəmə zalında həbs edildi

Şəki Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Hidayət Bəhrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında həbsə alınıb.


İttihama görə, hadisə fevralın 7-də Yevlax rayonunun Ərəş kəndi ərazisində baş verib.


Belə ki, rayon sakini Hidayət Bəhrəmov sürücülük vəsiqəsi olmadan, atasına məxsus “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən, kənd sakini, 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ələmdar Soltanov reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı fevralın 13-də müalicə aldığı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında vəfat edib.


Qeyd: Ölən gənc hərbi xidmətini başa vuraraq evə yeni qayıdıbmış.
 

Kamal Məmmədov 

Tarix: 14 Oktyabr 2025, 08:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin