Reklam

Arvadını qısqanclıq zəminində güllələyən şəxsə nə qədər cəza verilib?

Ali Məhkəmədə arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Əfsun Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 07 iyul 2023-cü il tarixdə, saat 06 radələrində Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydə alınıb.


Belə ki, 1990-cı il təvəllüdlü Əfsun Əhmədov arvadı, zərərçəkmiş Zəhra Əhmədovaya qısqanclıq zəminində ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd edib.


Ona Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfsun Əhmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin olunub, hökm apellyasiya şikayətinə münasibətdə, cəza hissəsində dəyişdirilib və onun cəzası 9 ilə endirilib.


Kamal Məmmədov 



Tarix: 14 Oktyabr 2025, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin