BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda şirkətdən 7 min manat oğurlandı, 2 mühafizəçi saxlanıldı

Paytaxtın Suraxanı rayonunda talama cinayəti baş verib.

 

Pravda.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Zığ qəsəbəsində yerləşən şirkətlərin birindən 7000 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

 

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə mühafizə xidmətində çalışan 34 yaşlı A.İsgəndərov və 35 yaşlı A.Zeynalov saxlanılıblar.

 

Araşdırma aparılır.

Tarix: 14 Oktyabr 2025, 11:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin