“Nazirlər Kabineti təkliflər olmadan qərar imzalamır. Baş nazir quruma daxil olan təşkilatlardan müəyyən təkliflər alır, təkliflər qiymətləndirilir və bunun əsasında qərarlar qəbul olunur. Əslində, Bakı şəhərində taksi xidməti göstərən avtomobillərin sayının 25 minə endirilməsi qərarı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilib. Yəqin ki, bu tənzimləmə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hazırlanıb. Necə hazırlanıb, nəyə əsaslanıb, deyə bilmərəm. Taksi sayı 25 minə endirilibsə, maraqlı hal yaranır. Bir il bundan öncə taksilərlə bağlı müəyyən tənzimləmələr həyata keçiriləndən sonra taksi qiymətlərində kəskin bahalaşma yarandı. Bəzi qiymətlər artıq Orta Avropa qiymətləri ilə eynidir. Hərçənd ki Azərbaycanda əməkhaqları və qazanc Avropa ilə eyni deyil. Bu, birmənalıdır".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
“Biz qərar hazırlayanda, təklif verəndə düşünməliyik ki, Azərbaycan insanının bunu etmək gücü varmı? Razıyam ki, Azərbaycanda hamı ictimai nəqliyyatdan istifadə etsin. Xidmət normallaşmağa doğru gedir, amma bu gün insanların istədiyi səviyyədə deyil. Alternativ olaraq nəzərdə tutula bilməz. Çünki ictimai nəqliyyatda insanlar bir-birinin üstündə gedir. Xeyli gözləyirlər. Düzdür, yeni avtobus zolaqları yaradılandan sonra sərnişinlər mənzil başına daha tez çata bilirlər. Bu, müsbət haldır. Zolaqların sayının artırılmasına yenə ehtiyac görürəm. Ümumilikdə isə insanlar həm metroda, həm də ictimai nəqliyyatda üst-üstə gedirlər, rahatlıq yoxdur. Taksi xidməti də bahalaşır. Yeni qərardan sonra taksi xidməti yenə bahalaşacaqsa, insanlar taksi belə tapa bilməyəcəklərsə, mən bu qərarı düzgün saya bilməyəcəyəm. Düşünürəm, yəqin ki, bu məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə söhbət etmək lazımdır. Çünki qiymətlərin bahalaşması insanların cibinə uyğun deyil. Bunun bir əsası olmalıdır. Ölkədə və Bakıda sıxlığın qarşısının alınması üçün belə bir addım atılırsa, bu da heç cür məntiqli ola bilməz. Sıxlığın azalması üçün insanların cibi ziyan görməməlidir. İnsanlar başqa bir stress yaşamamalıdırlar. Sıxlığı azaltmaq üçün nə edirik ki, insanlar yollarda qalmasınlar, stress yaşamasınlar, psixologiyaları pozulmasın, evlərinə tez çatsınlar? İndi insanlar taksi də tapmasalar, taksi qıtlığı da yaransa, axı bu da əlavə olaraq başqa stress yaradacaq. Bu, həll yolu kimi görünmür", - deputat bildirib.
Qeyd: Nazirlər Kabineti "Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında" qərar verib. Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25.000 müəyyən edilib. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə, “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla veriləcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Bu Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minir və icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixədək qüvvədədir.
Aytəkin Qardaşova
8 Noyabr 20:37
8 Noyabr 20:34
8 Noyabr 20:31
8 Noyabr 20:28
8 Noyabr 19:59
8 Noyabr 19:57
8 Noyabr 19:48
8 Noyabr 19:01
8 Noyabr 18:47
8 Noyabr 18:45
8 Noyabr 18:44
8 Noyabr 18:42
8 Noyabr 18:13
8 Noyabr 18:09
8 Noyabr 18:06
8 Noyabr 18:05
8 Noyabr 18:01
8 Noyabr 17:43
8 Noyabr 17:20
8 Noyabr 17:18
8 Noyabr 17:09
8 Noyabr 16:30
8 Noyabr 16:25
8 Noyabr 16:23
8 Noyabr 16:21
8 Noyabr 16:18
8 Noyabr 16:16
8 Noyabr 16:15
8 Noyabr 16:12
8 Noyabr 16:09
8 Noyabr 16:06
8 Noyabr 15:47
8 Noyabr 15:22
8 Noyabr 15:01
8 Noyabr 14:43
8 Noyabr 14:34
8 Noyabr 14:30
8 Noyabr 14:29
8 Noyabr 14:26
8 Noyabr 14:19
8 Noyabr 14:18
8 Noyabr 14:16
8 Noyabr 14:14
8 Noyabr 14:08
8 Noyabr 14:03
8 Noyabr 13:59
8 Noyabr 13:58
8 Noyabr 13:55
8 Noyabr 13:48
8 Noyabr 13:45
8 Noyabr 13:43
8 Noyabr 13:42
8 Noyabr 13:24
8 Noyabr 13:01
8 Noyabr 12:59
8 Noyabr 12:49
8 Noyabr 12:39
8 Noyabr 12:27
8 Noyabr 12:26
8 Noyabr 12:25
8 Noyabr 12:23
8 Noyabr 12:17
8 Noyabr 11:57
8 Noyabr 11:34
8 Noyabr 11:24
8 Noyabr 11:22
8 Noyabr 11:14
8 Noyabr 11:11
8 Noyabr 10:22
8 Noyabr 10:10
8 Noyabr 09:46
8 Noyabr 09:39
8 Noyabr 09:33
8 Noyabr 09:28
8 Noyabr 08:25
8 Noyabr 05:59
8 Noyabr 03:24
8 Noyabr 03:23
8 Noyabr 03:21
8 Noyabr 03:13
8 Noyabr 03:11
8 Noyabr 03:08
8 Noyabr 03:07
8 Noyabr 03:05
8 Noyabr 02:58
8 Noyabr 02:56
8 Noyabr 02:53
8 Noyabr 02:51
8 Noyabr 02:47
8 Noyabr 02:44
8 Noyabr 02:39
7 Noyabr 21:43
7 Noyabr 21:41
7 Noyabr 21:39
7 Noyabr 21:35
7 Noyabr 21:31
7 Noyabr 21:29
7 Noyabr 20:49
7 Noyabr 20:23
7 Noyabr 20:22
7 Noyabr 20:20
7 Noyabr 20:16
7 Noyabr 19:39
7 Noyabr 19:36
7 Noyabr 19:32
7 Noyabr 19:27
7 Noyabr 19:24
7 Noyabr 19:22
7 Noyabr 19:02
7 Noyabr 18:57
7 Noyabr 18:45
7 Noyabr 18:43
7 Noyabr 18:35
7 Noyabr 18:19
7 Noyabr 18:06
7 Noyabr 17:59
7 Noyabr 17:56
7 Noyabr 17:50
7 Noyabr 17:45
7 Noyabr 17:36
7 Noyabr 17:31
7 Noyabr 17:12
7 Noyabr 17:05
7 Noyabr 16:33
7 Noyabr 16:32
7 Noyabr 16:31
7 Noyabr 16:29
7 Noyabr 16:28
7 Noyabr 16:27
7 Noyabr 16:25
7 Noyabr 16:14
7 Noyabr 15:24
7 Noyabr 15:08
7 Noyabr 14:58
7 Noyabr 14:45
7 Noyabr 14:39
7 Noyabr 14:31
7 Noyabr 14:13
7 Noyabr 14:05
7 Noyabr 13:44
7 Noyabr 13:30
7 Noyabr 13:05
7 Noyabr 12:51
7 Noyabr 12:37
7 Noyabr 12:17
7 Noyabr 11:59
7 Noyabr 11:38
7 Noyabr 11:20
7 Noyabr 10:57
7 Noyabr 10:48
Ən son xəbərləri səhifəmizdən də izləyin