BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Rəhimzadə: “Ramiz Mehdiyev məxluqdur, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasından çıxarılacaq, lazımi cəzasını alacaq”

"Şübhəsiz ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyası Veteranlar Şurasından çıxarılacaq, orada qalmayacaq. Veteranlar Şurasının işində iştirak etmirdi. Özü haqqında yüksək fikirdə olan insan da deməzdim, məxluqdur".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.

 

“Başqa heç nə deyə bilmərəm. Araşdırma gedəcək, lazımi cəzasını alacaq. Ona ömürlük həbs cəzası verilib-verilməyəcəyini deyə bilmərəm. Bu, məhkəmənin səlahiyyətidir”, - sədr bildirib.

 

Qeyd: Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra cinayətlərdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb. Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

 

Aytəkin Qardaşova

Tarix: 15 Oktyabr 2025, 11:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin