BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ramiz Mehdiyevin işi”nin Adnan Əhmədzadəyə bağlılığı varmı? – Hər iki şəxsə ağır ittihamlar irəli sürülüb - AÇIQLAMA

“Cinayət əməli törədən hər kəs həbs olunmalıdır. Ramiz Mehdiyevin də cinayətləri en qədərdir. İndiyə qədər azadlıqda gəzib, bu ona azdır. Jurnalist olduğum 1990-cı illərdən bəri hər zaman onu tənqid etmişəm. Ruspərəst olduğunu həmişə yazırdım. Hətta bir dəfə məni məhkəməyə vermək istədi. Bu adam hər zaman Azərbaycan dövlətinə qarşı çalışıb”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğlu deyib.

 

Elxan Şahinoğlu: “Prezident Ermənistan, Rusiya və ATƏT-in Minsk qrupuna  mesaj verir ki…” Pravda.az

 

O, Ramiz Mehdiyev və Adnan Əhmədzadə arasında bağlılıq olmasına dair ehtimalları isə belə dəyərləndirib: “Ramiz Mehdiyevə də, Adnan Əhmədzadəyə də qarşı ittihamlar ciddir. Qanun qarşısında cavab verməlidirlər. İstintaq gedir, istintaqı qabaqalamaq da düzgün deyil. Müəyyən xəbərlər yayılır. Məhkəmədə hər şey aydınlaşdırılacaq. İttihamlar ciddi olduğuna görə hər ikisini uzun müddət həbs gözləyir. Hesab edirəm, tək olmayıblar. Onların cinayət əməllərinə şərik olanlar da var və müəyyənləşdirilməsi lazımdır. Yəqin ki, zaman ərzində başqa həbslər də həyata keçiriləcək”.

 

Aytəkin Qardaşova

Tarix: 15 Oktyabr 2025, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin