Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şamil İsrafilovun (soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.
İttihama görə, Şamil İsrafilov etibardan sui-istifadə və aldatma yolu ilə Azərbaycan və Estoniyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı - Rusiya vətəndaşı, zərərçəkmiş Fərhad Məmmədovun etimadını qazanaraq ona məxsus külli miqdarda əmlak və pul vəsaitini ələ keçirib. O, müxtəlif illərdə zərərçəkmişin tam dəyərini ödədiyi yük avtomobilləri, yarımqoşqular və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yaşayış evini öz adına rəsmiləşdirərək ümumilikdə 247 275 manat dəyərində əmlakı mənimsəyib.
Daha sonra Şamil İsrafilov eyni üsulla 2021-ci ildə müxtəlif markalı yük avtomobillərini və yarımqoşquları da adına keçirərək əlavə 320 665 manat məbləğində, eləcə də həmin ilin sonlarında Nərimanov rayonunda mənzil alışı bəhanəsi ilə 374 000 manat məbləğində pulu ələ keçirməklə zərərçəkmişə ümumilikdə 941 940 min manat ziyan vurub.
Məhkəmə baxışı zamanı dindirilən Şamil İsrafilov özünü Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyib. O ifadəsində deyib ki, uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olub və MMC-də təsisçi-direktoru kimi işləyib. Zərərçəkmiş şəxslə birgə biznes fəaliyyəti həyata keçirib, aralarında əvvəlcədən heç bir mübahisə və ya narazılıq olmayıb.
Onun sözlərinə görə, 2020-ci ildə Vətən müharibəsində iştirak etdikdən sonra işlərinə üçüncü şəxslər – Vilayət və Faiq adlı şəxslər müdaxilə etməyə başlayıblar. Təqsirləndirilən şəxs onların biznesə şərik olmaq istədiklərini, lakin buna razı olmadığını, daha sonra həmin şəxslərin onun barəsində əsassız şikayətlər verdiyini bildirib.
Şamil İsrafilov ifadəsində qeyd edib ki, guya ona 220 000 ABŞ dolları məbləğində pul verilməsi barədə iddialar tam uydurmadır, bu barədə heç bir fakt və sübut yoxdur. Təqsirləndirilən şəxs həmin pulu görmədiyini, onun verilməsi barədə göstərilən tarix və şəraitin də həqiqətə uyğun gəlmədiyini vurğulayıb.
Kamal Məmmədov
8 Noyabr 05:59
8 Noyabr 03:24
8 Noyabr 03:23
8 Noyabr 03:21
8 Noyabr 03:13
8 Noyabr 03:11
8 Noyabr 03:08
8 Noyabr 03:07
8 Noyabr 03:05
8 Noyabr 02:58
8 Noyabr 02:56
8 Noyabr 02:53
8 Noyabr 02:51
8 Noyabr 02:47
8 Noyabr 02:44
8 Noyabr 02:39
7 Noyabr 21:43
7 Noyabr 21:41
7 Noyabr 21:39
7 Noyabr 21:35
7 Noyabr 21:31
7 Noyabr 21:29
7 Noyabr 20:49
7 Noyabr 20:23
7 Noyabr 20:22
7 Noyabr 20:20
7 Noyabr 20:16
7 Noyabr 19:39
7 Noyabr 19:36
7 Noyabr 19:32
7 Noyabr 19:27
7 Noyabr 19:24
7 Noyabr 19:22
7 Noyabr 19:02
7 Noyabr 18:57
7 Noyabr 18:45
7 Noyabr 18:43
7 Noyabr 18:35
7 Noyabr 18:19
7 Noyabr 18:06
7 Noyabr 17:59
7 Noyabr 17:56
7 Noyabr 17:50
7 Noyabr 17:45
7 Noyabr 17:36
7 Noyabr 17:31
7 Noyabr 17:12
7 Noyabr 17:05
7 Noyabr 16:33
7 Noyabr 16:32
7 Noyabr 16:31
7 Noyabr 16:29
7 Noyabr 16:28
7 Noyabr 16:27
7 Noyabr 16:25
7 Noyabr 16:14
7 Noyabr 15:24
7 Noyabr 15:08
7 Noyabr 14:58
7 Noyabr 14:45
7 Noyabr 14:39
7 Noyabr 14:31
7 Noyabr 14:13
7 Noyabr 14:05
7 Noyabr 13:44
7 Noyabr 13:30
7 Noyabr 13:05
7 Noyabr 12:51
7 Noyabr 12:37
7 Noyabr 12:17
7 Noyabr 11:59
7 Noyabr 11:38
7 Noyabr 11:20
7 Noyabr 10:57
7 Noyabr 10:48
7 Noyabr 10:24
7 Noyabr 10:00
7 Noyabr 09:06
7 Noyabr 08:59
7 Noyabr 08:46
7 Noyabr 08:40
7 Noyabr 08:34
7 Noyabr 08:32
7 Noyabr 08:29
7 Noyabr 08:21
7 Noyabr 08:16
7 Noyabr 08:15
7 Noyabr 08:10
7 Noyabr 08:05
7 Noyabr 08:04
7 Noyabr 08:03
7 Noyabr 08:01
7 Noyabr 08:00
7 Noyabr 07:58
7 Noyabr 07:56
7 Noyabr 01:11
7 Noyabr 01:09
7 Noyabr 01:05
6 Noyabr 23:51
6 Noyabr 23:33
6 Noyabr 22:23
6 Noyabr 22:20
6 Noyabr 22:16
6 Noyabr 22:12
6 Noyabr 22:10
6 Noyabr 20:59
6 Noyabr 20:22
6 Noyabr 20:18
6 Noyabr 20:17
6 Noyabr 20:16
6 Noyabr 19:58
6 Noyabr 18:54
6 Noyabr 18:52
6 Noyabr 18:50
6 Noyabr 18:44
6 Noyabr 18:39
6 Noyabr 18:30
6 Noyabr 18:19
6 Noyabr 18:12
6 Noyabr 17:13
6 Noyabr 16:18
6 Noyabr 16:15
6 Noyabr 16:12
6 Noyabr 16:11
6 Noyabr 15:59
6 Noyabr 15:39
6 Noyabr 15:31
6 Noyabr 15:29
6 Noyabr 15:28
6 Noyabr 15:18
6 Noyabr 15:15
6 Noyabr 15:11
6 Noyabr 14:29
6 Noyabr 14:10
6 Noyabr 14:05
6 Noyabr 14:00
6 Noyabr 13:56
6 Noyabr 13:50
6 Noyabr 13:29
6 Noyabr 13:29
6 Noyabr 13:25
6 Noyabr 13:24
6 Noyabr 13:22
6 Noyabr 13:17
6 Noyabr 13:09
6 Noyabr 13:08
6 Noyabr 13:02
6 Noyabr 12:38
6 Noyabr 12:21
6 Noyabr 12:18
Ən son xəbərləri səhifəmizdən də izləyin