BURADA REKLAMINIZ OLA
BİLƏR

Müğənni və model öldürülərək orqanları satılıb

Belarusun "Səs" televiziya şousunun keçmiş iştirakçısı Vera Kravtsova Myanmada faciəli şəkildə ölüb, ehtimal olunur ki, o, orqan satıcılarının qurbanı olub.

 

Bildirilir ki, 26 yaşlı Minsk sakini model biznesində işləmək üçün Tailanda səfər edib. Lakin qız beynəlxalq insan alveri sxeminin qurbanı olub.

 

Kravtsova aldadılaraq sentyabrın 20-də Myanmaya aparıldıqdan sonra əmək kölələliyinə məruz qalıb. Qız burada tanışlıq saytlarında saxta profillər yaratmağa məcbur edilib.

 

Onunla əlaqə oktyabrın 4-də kəsilib. Qızı qaçıranlar onun qohumlarından 500 min dollar tələb ediblər.

 

Sonra cinayətkarlar Veranın öldüyünü və bədəninin artıq yandırıldığını bildiriblər. Təsdiqlənməmiş məlumata görə, qızın orqanları satılıb və külləri məhv edilib.

 

Oxu.az

Tarix: 16 Oktyabr 2025, 05:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin