BURADA REKLAMINIZ OLA
BİLƏR

Fransa hökuməti ilk etimadsızlıq səsverməsindən uğurla çıxıb

Fransa parlamentində Baş nazir Sebastiyan Lekornyunun hökumətinə etimadsızlıq səsverməsi keçirilib.

 

Hökumət ilk etimadsızlıq səsverməsindən uğurla çıxıb.

 

Solçu siyasətçilərin tələbi ilə keçirilən səsvermə zamanı hökumətə etimadsızlıq üçün 289 səs lazım olub, lakin lazımi səs toplanılmayıb, yalnız 271 nəfər lehinə səs verib.

 

Qeyd edək ki, qarşıda daha bir etimadsızlıq səsverməsi var.

 

Xatırladaq ki, Sebastiyan Lekornyu Prezident Emmanuel Makron tərəfindən Baş nazir təyin edildikdən sonra istefa versə də, siyasi böhran fonunda Makron yenidən Lekornyunu Baş nazir təyin edib.

 

APA

Tarix: 16 Oktyabr 2025, 14:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin