Səbail rayon Məhkəməsinin çıxardığı ilkin qərar xüsusi xidmət orqanlarının milli təhlükəsizliyimizin keşiyində qətiyyətlə, ayıq-sayıq dayanmasının nəticəsi olduğu üçün irəli sürülən ittihamlar 2005-ci ilin məxməri inqilablar dövründə bir neçə yüksək hakimiyyət təmsilçisinə qarşı cinayət maddələrinin uzun fasilədən sonra başqa bir vəzifə sahibinə - Ramiz Mehdiyevə qarşı verilməsi deməkdir. 90-cı illərin silahlı dövlət çevrilişi cəhdlərindən sonra Azərbaycanda kiminsə hakimiyyyəti devirməyə cəhdi və millətə qəsd yolunu tutması çox az hallarda baş verib. Razılaşın ki, Cinayət Məcəlləsində ən ağır maddələr çoxdandır hüquq və siyasi praktikamızdan çıxmışdı, çünki prezident İlham Əliyev xalqın ən yüksək iradəsini təmsil edən tək və alternativsiz liderdir.
Lakin indi yayılan rəsmi açıqlama göstərir ki, dövlət orqanlarında Ramiz Mehdiyevin hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama, dövlətə xəyanət, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması kimi əməllərinə dair faktlar mövcuddur. Ölkə rəhbərinin hörməti və verdiyi yüksək imtiyazı-idarəçilikdən ən yüksək ordenlə təltif olunaraq yola salınma hər kəs üçün böyük mükafat sayıla bilər. Ali dövlət ehtiramına belə siyasi qəsdlərlə qarışılıq verilməsi ağır hüquqi məsuliyyət doğurur, lakin ən böyük cəza prezidentin etimadını tamamilə itirməkdir.
Prezident Administrasiyasındakı vəzifəsindən hörmətlə yola salınan şəxs İlham Əliyevin çağırışına-yaşlı məmurların könüllü istefaya getmək tövisiyyəsinə əməl etdiklərini deyirdilər. Lakin Prezidentə sədaqət bütün ömrü boyu tələb olunur, əks halda hər zaman siyasi proseslərə təsir etmək hissi farsa çevrilir və xarici qüvvələrin işinə yarayır. Son nəfəsənidək dövlətə xidmət amalı vəzifədə olub-olmamaqla ölçülmür. Dövləti hədəfə alan xarici qüvvələr ölkəmizə zərbə vurmaq üçün fürsət qazanıblar. Lakin Qələbəmizi kimsə sarsıda, parçalanma yarada bilməz. Dövlətin yanında olmayanlar, bir gün haqq yoluna qayıdacaqlar.
Bəli, qanun qarşısında hamı bərabərdir və kiminsə Administrasiyada aparıcı səlahiyyət sahibi olması onu indiki ittihamlara görə məsuliyyətdən azad etmir. Xüsusilə də dövlətə xəyanət və xarici xidmət orqanları ilə işbirliyi, külli miqdarda maliyyə vəsaitlərinin ələ keçirilməsi, gizli komanda və paralel strukturun yaradılmasına dair sübutlar, o cümlədən, çirkli pulların yuyulması kimi əməllər nəinki ağır məsuliyyət deməkdir, üstəlik, fərdi deyil, xarici dövlət himayəli anti-Azərbaycan planıdır. Cəzaladırılma həmin dövlətlərə də zərbədir. Prosesin davam edəcəyinə dair dövlətimizin qəti iradəsi var. Siyasi qəsdlər Ulu öndərə də qarşı, prezident İlham Əliyevin dövlət kursuna ziyan vurmaq üçün də törədildiyi bütün dövlərdə-Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlikdən 2005-ci ilin çevriliş planlarına qədər, hər zaman sərt cəzalandırılıb.
Əlbəttə, dövlətimizin humanizmi prezidentin qərar və sərəncamlarında, yüksək siyasi ərkanında və idarəçilik mədəniyyətində özünü daim göstərib, lakin İlham Əliyevin qətiyyətli qərarları və sarsılmaz iradəsi bütün idarəçiliyi illərində, o cümlədən, milli tariximizin parlaq dövrü- 5 il əvvəl Vətən müharibəsi ilə bütün dünyaya növbəti dəfə nümayiş olunub, o cümlədən, 2003-cü ilin məhz bu günlərində qanlı inqilab pandemiyasını yayanlar da, yaxın keçmişdə Fransa da, son 10 ayda Rusiya da apardıqları qəsdlər və təxribatlarla, sanskiya hədələri ilə ölkəmizi geosiyasi itaətdə saxlamaq cəhdlərinə qarşı Birinci Şəxsin barışmaz mövqeyi ardıcıl nümayiş olunub. Kimsə parçalanmaya cəhdi edirsə, 44 günlük Qarabağ savaşında olduğu kimi iflasa məhkumdur.
Vətən müharibəsində Qələbə ilk növbədə, siyasi hakimiyyətdə və orduda xarici təsirlərə kəskin zərbə oldu. Daxili suverenlik məhz belə qazanıldı. Savaşa hazırlıq dövründə prezident İlham Əliyevin həyata keçirdiyi institusional və kadr dəyişiklikləri Yeni Hakimiyyət quruculuğu idi. Söhbət ilk növbədə, torpaqlarımızın işğaldan hərbi yolla azad etmək qərarını verməzdən əvvəl hərbi-siyasi monolitliyi, birbaşa qəraraverməni və hakimiyyət institutları arasında koordinasiyanı təmin etməkdən gedirdi.
Milli mənafelərə və xalqın maraqlarına zərbə vuran xarici qüvvələrin dövlət aparatına təsirini, məxfi qrifli sənədlərə nüfuz etməsini və külli miqdarda maliyyə vəsaitlərinə sərəncam vermələrini zərərsizləşdirmədən hərbi meydanda vahidliyə nail olmaq mümkün deyildi. Əks halda, 90-cı illərdə cəbhədə yaşanan xəyanətlər qaçılmaz olacaqdı. Axı unutmamışıq ki, o dövrdə kənd və şəhərlərimizi bir günlük düşmənə vermək əməliyyatları gerçəkləşdirilirdi, hərbi mövqelərin və əməlliyatların öncədən deşifrə olunması bizi ağır faciələr qarşısında qoyurdu. Dövlətin bütün ierarxiyasında milli iradənin və Ali Baş Komandanın ətrafında monolit birliyinin təmin olunması xarici kəşfiyyat mərkəzlərinin əllərini kəsdi, Qələbəmizin daxili səbəblərindən biri oldu.
Xalqımızın Zəfər ildönümünü, qalib ruhunu və milli gündəliyi dəyişməyə çalışanlar məğlubiyyətə məhkumdur. Dövlət əleyhinə və ona sədaqətlə xidmət edən qüvvələr ordusuna çamur atmaq üçün fürsət qazananlar da aydın görünür, hamını günahlandırmaq və keçmiş uğur hekəyələrini bir şəxsin üzərindən qaralamaq kampaniyası uğursuzluğa düçardır.
İndi dövlətin iradəsi-peşəkar təhlükəsizlik orqanlarının apardığı deşifrə əməliyyatları xəyanət şəbəkəsinin siyasi və maliyyə dayaqlarını da üzə çıxarır, xarici dövlətlərə bağlı şəxslərin işbirliyini sarsıdır. Torpaqlarımızın azadlığı ilə bərabər, daxili suverenliiyn ən böyük təminatı məhz milli iradəyə qarşı stukturlaşdırılan, qanunsuz iqtisadi sərvətlərlə gücləndirilən və siyasi planları Rusiyadan, İrandan və ya Qərb paytaxtlarından idarə olunan qüvvələrin tamamilə zərərsizləşdirilməsidir.
Açıqlanan rəsmi ittihamlar sübut edir ki, Qələbəmizin əleyhinə qarşı yaxın və uzaq paytaxtların diversiya planları davam edir. Xankəndi Zəfərindən sonra qalib dünya lideri kimi beynəlxalq nüfuzu və strateji qərarvermələrdə aparıcı yer qazanan bir dövlətin başçısına qarşı əməliyyatlar şübhəsiz ki, xalqımız tərəfindən hər zaman qətiyyətlə pislənib. Belə adamlar sadə xalq tərəfindən heç bir dəstək görməyiblər. Müharibədə bütün siyasi, hərbi və diplomatik cəbhədə monolit olan hakimiyyət indi sülh dövründə daha qətiyyətlə milli maraqlarını qoruyur.
Azərbaycanın müstəqil hərb-siyasi qərarlarına mane olmaq, süni səddlər yaratmaq artıq mümkün deyil. Prezident İlham Əliyevin bütün xalq tərəfindən mütləq dəstəyi, alternativsizliyi təkcə “qisasçı işğal partiyasına deyil, həm də “asi düşən sabiqlər”ə də bəllidir. Dövlət öz quruculuğunda yeni eraya daxil olub və bütün kənar nüfuzetmə kanalları yox edilir.
Əslər boyu Rusiya imperiyası, Britaniya və İran Azərbaycana adamlarını təyin edib, xalqımızın üzərində hökmranlığa çalışıblar. Lakin İlham Əliyevin liderliyi ilə qazanılan Qələbə daxili müstəqilliyi tam təmin edib və milli iradəni gerçəkləşdirib, Bir Rəhbər, Bir komanda, Bir milli ideologiya, Bir siyasi paytaxt və bir Qələbəmiz var.
Ən azı 3 dövlətin müqavimətini qıraraq, Ermənistanı hərbi-siyasi meydanda məğlub edən bir dövlətə planlara qoşulmaq nəinki cinayət, həm də özünəqəsddir. Dövlətimizin humanizmi və strateji səbri ilə yüksək imtiyazlar qazanan adamlar hakimiyyət çevrilişi layihəsi ilə hətta Ermənistanın belə kəşfiyyat qruplarının ağıllarına və planlarına gətirmədikləri təxribatları törədirsə, deməli, onların himayəçilləri Şuşa və Xankəndi Zəfərini özlərinin məğlubiyyəti kimi qəbul edirlər.
Zahid Oruc
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqat Mərkəzinin İdarə Heyətinin sədri
11 Noyabr 12:36
11 Noyabr 12:24
11 Noyabr 12:21
11 Noyabr 12:19
11 Noyabr 12:12
11 Noyabr 12:10
11 Noyabr 12:08
11 Noyabr 12:05
11 Noyabr 11:46
11 Noyabr 11:43
11 Noyabr 11:41
11 Noyabr 11:33
11 Noyabr 11:08
11 Noyabr 11:06
11 Noyabr 10:31
11 Noyabr 10:04
11 Noyabr 10:02
11 Noyabr 09:48
11 Noyabr 09:45
11 Noyabr 08:26
11 Noyabr 01:45
11 Noyabr 01:43
11 Noyabr 01:41
11 Noyabr 01:37
11 Noyabr 00:26
11 Noyabr 00:20
10 Noyabr 21:47
10 Noyabr 21:31
10 Noyabr 21:23
10 Noyabr 21:19
10 Noyabr 19:48
10 Noyabr 19:06
10 Noyabr 19:04
10 Noyabr 19:03
10 Noyabr 18:17
10 Noyabr 17:43
10 Noyabr 17:07
10 Noyabr 16:58
10 Noyabr 16:51
10 Noyabr 16:01
10 Noyabr 14:44
10 Noyabr 14:39
10 Noyabr 14:29
10 Noyabr 14:21
10 Noyabr 14:19
10 Noyabr 14:16
10 Noyabr 14:14
10 Noyabr 13:31
10 Noyabr 13:09
10 Noyabr 13:07
10 Noyabr 13:05
10 Noyabr 12:43
10 Noyabr 12:39
10 Noyabr 12:36
10 Noyabr 12:34
10 Noyabr 12:31
10 Noyabr 12:20
10 Noyabr 12:16
10 Noyabr 12:08
10 Noyabr 11:32
10 Noyabr 10:40
10 Noyabr 10:39
10 Noyabr 10:26
10 Noyabr 10:04
10 Noyabr 09:57
10 Noyabr 09:51
10 Noyabr 09:49
10 Noyabr 09:46
10 Noyabr 09:42
10 Noyabr 08:42
10 Noyabr 00:20
10 Noyabr 00:18
10 Noyabr 00:08
10 Noyabr 00:07
10 Noyabr 00:05
10 Noyabr 00:02
9 Noyabr 23:38
9 Noyabr 23:05
9 Noyabr 22:54
9 Noyabr 22:48
9 Noyabr 21:49
9 Noyabr 21:08
9 Noyabr 20:47
9 Noyabr 20:20
9 Noyabr 20:05
9 Noyabr 19:57
9 Noyabr 19:54
9 Noyabr 19:40
9 Noyabr 19:03
9 Noyabr 18:52
9 Noyabr 18:10
9 Noyabr 17:42
9 Noyabr 17:41
9 Noyabr 17:35
9 Noyabr 16:07
9 Noyabr 15:37
9 Noyabr 14:57
9 Noyabr 14:39
9 Noyabr 13:57
9 Noyabr 13:53
9 Noyabr 13:20
9 Noyabr 13:16
9 Noyabr 12:51
9 Noyabr 12:21
9 Noyabr 12:18
9 Noyabr 11:22
9 Noyabr 11:18
9 Noyabr 11:15
9 Noyabr 10:38
9 Noyabr 10:37
9 Noyabr 10:35
9 Noyabr 09:46
9 Noyabr 09:43
9 Noyabr 09:40
9 Noyabr 09:36
9 Noyabr 07:59
9 Noyabr 01:26
9 Noyabr 01:23
9 Noyabr 01:20
9 Noyabr 01:17
9 Noyabr 01:15
9 Noyabr 01:12
9 Noyabr 01:10
9 Noyabr 01:05
9 Noyabr 01:03
9 Noyabr 00:58
9 Noyabr 00:05
8 Noyabr 20:34
8 Noyabr 20:31
8 Noyabr 20:28
8 Noyabr 19:59
8 Noyabr 19:57
8 Noyabr 19:48
8 Noyabr 19:01
8 Noyabr 18:47
8 Noyabr 18:45
8 Noyabr 18:44
8 Noyabr 18:42
8 Noyabr 18:13
8 Noyabr 18:09
8 Noyabr 18:06
8 Noyabr 18:05
8 Noyabr 18:01
8 Noyabr 17:43
8 Noyabr 17:20
8 Noyabr 17:18
8 Noyabr 17:09
8 Noyabr 16:30
8 Noyabr 16:25
8 Noyabr 16:23
Ən son xəbərləri səhifəmizdən də izləyin