BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda evdən oğurluq edən qadınlar ələ keçdilər

Sumqayıt şəhərində evlərin birindən oğurluq edilib.

 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsinin sakini polisə müraciət edərək yaşadığı evdən 300 manat və 2000 manat dəyərində qızıl-zinət əşyasının oğurlanmasını bildirib.

 

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən R.Abbasova və A.İbrahimova saxlanılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 17 Oktyabr 2025, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin