BURADA REKLAMINIZ OLA
BİLƏR

Sibel Can nənə oldu

Məşhur türkiyəli müğənni Sibel Canın nəvəsi olub. Müğənninin böyük oğlu Engin Can Ural və gəlini Merve Kaya Uralın qızları dünyaya gəlib.

 

Pravda.az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Sibel Canın keçmiş həyat yoldaşı, tanınmış aktyor Hakan Ural "Instagram" hesabında paylaşım edib.

 

"Bəli, baba oldum", - deyə Hakan Ural paylaşımda sevincini dilə gətirib.

 

Engin-Merve cütlüyünün övladı ABŞ-də, Mayamidə doğulub və uşağa ərəbcə xurma ağacı mənasını verən Lina adı verilib.

 

Qeyd edək ki, Sibel Can və Hakan Ural 1988-1999-cu illərdə evli olublar. Onların bu evliliyindən doğulan böyük oğulları Engincan Ural 2022-ci ildə ailə həyatı qurub. O, uzun müddət münasibətdə olduğu Merve Kaya ilə Bodrumda dəbdəbəli toy edib.

Tarix: 17 Oktyabr 2025, 17:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin