BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenski: Ukrayna üçün ən vacib məsələ təhlükəsizlik zəmanətidir - YENİLƏNDİ - 2

İkitərəfli təhlükəsizlik zəmanətləri Ukrayna xalqı üçün ən vacib məsələdir.

 

Bu barədə Ukrayna lideri Volodimir Zelenski Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşünün mətbuata açıq hissəsində bildirib.

 

Müharibəni dayandırmaq üçün Kiyevin hansı güzəştləri qəbul edə biləcəyi sualına cavab verərkən Ukrayna lideri deyib: "Birincisi, düşünürəm ki, oturub danışmağımız lazımdır. İkincisi, atəşkəs lazımdır".

 

"Hər gün hücumlara məruz qalan Ukrayna sakinləri üçün ən vacib məsələ, həqiqətən, etibarlı təhlükəsizlik zəmanətləridir. NATO ən yaxşısıdır, lakin silahlar da çox vacibdir. Bizim tərəfimizdə olan müttəfiqlər çox vacibdir", - Zelenski bildirib.

 

O həmçinin vurğulayıb ki, Rusiyanın son zamanlarda Ukraynanın enerji infrastrukturuna hücumlarından sonra Amerika enerji şirkətləri Ukraynaya kömək etməyə hazır olduqlarını bildirib.

 

"Amerikanın böyük enerji şirkətləri ilə görüşmək üçün yaxşı imkanım oldu və onlar bizə kömək etməyə hazırdırlar", - Ukrayna Prezidenti vurğulayıb./Report

 

***

 

22:01

 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.


Bu barədə Report "NBC News"a istinadən xəbər verir.

Tarix: 17 Oktyabr 2025, 23:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin