BURADA REKLAMINIZ OLA
BİLƏR

"Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb" - Dövlət başçısı

Neft-qaz sektorunda SOCAR ilə "KazMunayQaz" Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Kazinform"a müsahibəsində bildirib.

 

Prezident 2024-cü ildə tranzit həcminin mərhələli şəkildə artırılması və tariflərin azaldılması haqqında sazişin də imzalandığını xatırladıb.

 

Azərbaycan Prezidentinin sözlərinə görə, Aktau və Ələt limanları vasitəsilə nəqliyyatın səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi və s. tədbirlər həyata keçirilir ki, bu da Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit yolu kimi mövqeyini möhkəmləndirəcək.

 

Prezident İlham Əliyev sənaye əməkdaşlığında gəmiqayırma sənayesindəki tərəfdaşlığın da vacib bir sahə olduğunu diqqətə çatdırıb.

 

Dövlət başçısı onu da qeyd edib ki, "yaşıl" enerjinin inkişafı ikitərəfli gündəmdə mühüm rol oynayır.

Tarix: 18 Oktyabr 2025, 10:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin